Mənim 14 yaşım var. 8-ci sinifdə oxuyuram. Anam və atam ayrı yaşayırlar.
Məni dostlarımdan, müəllimlərimdən də ayırıblar. Mənim yeni müəllimlərimin, dostlarımın olacağını dedilər. Mən sadəcə inandım. Axı kimin ailəsi onun pisliyini istəyər? Bəzən düşünürəm ki,onlar məni görmürlərmi, düşünmürlərmi? Sonra belə bir şeyin mümkün olmadığını anlayıram.Axı onlar mənim ailəlidir.
15 sentyabr,yeni bir gün və yeni bir həyat. Mənə gələcək versin deyə gəldiyim bu məktəb, mənim gələcəyimi alacaqmış. Heç nədən xəbərsiz yeni həyatıma başlayırdım. Bilirsiz? Mənim böyük arzularım var. Gələcəkdə hansı peşəylə məşğul olacağıma hələ tam qərarlaşdırmamışam amma bəlkə bir həkim, bəlkə də müəllim.Mənim video çəkməyə həvəsim var. Əslində rejisorda ola bilərəm.Bir çox maraqlı hekayələrim var.Bəlkə bunları gələcəkdə sizlə bölüşdüm.Mən bilmirdim ki, mənim gələcyim olmayacaq…
Saçlarımı çox sevirəm. Sevdiyim çizgi film qəhrəmanlarının uzun,rəngli saçları var.Məndə onlar kimi saçlarımın olçağını istəyirdim.Və ötən il, qiymətlərim əla olduğuna görə ailəm saçlarımı rəngli etməyimə icazə verdi.Mən o an özümü dünyanın ən xoşbəxt insanı hiss etmişdim.Axı mən bilməzdim,bu xoşbəxtlik mənim gələcəyimi,həyatımı alacaq.
Yeni məktəbimdə ilk gündən saçımı bəyənməmişdilər yoxsa o baxışların başqa açıqlaması ola bilməzdi. Mən sinifimizə yeni uşaq daxil olanda, o, özünü tək hiss etməsin deyə ona yaxınlaşardım.Bu məktəbdə isə sadəcə mənə baxıb,pıçıldaşırdılar.Zəng vuruldu.Müəllim özümü təqdim etməmi istədi. ‘Elina Hacıyeva’ . Arxadan səslər eşitdim; ‘Bu yaşda saçını rəngləyib’ , ‘Məktəbli forması qısadır’. Axı niyə belə şeylər deyirlər? Mən onlara gözəl görünüm deyə bugün belə bəzənmişdim.Birdəki mən özümü belə xoşbəxt hiss edirdim. Düşündüm ki,tənəfüsdə onların niyə belə etdiklərini soruşaram.Danışacaq çox şeyimiz var.Zəng çölə vuruldu. Hər kəs çölə çıxırdı. Gözlədim,bütün tənəfüs mənim yanıma gəlmələrini gözlədim. Lakin gəlmədilər və mən həyətə çalan qızının yanına getdim.O, mənə onlarla söhbət etməyimi məsləhət gördü. Niyədə yox? Bəlkə onlar çəkinirdilər.Yaxınlaşıb,adlarını soruşdum.Məni görmürdülər lakin artıq alışmışdım insanların məni görməmələrinə. Həmişə düşünürəm və özümə söz verirəm ki, bir gün hər kəs məni görəcək,amma bunun mənim ölümüm olacağını bilmirdim. Onlar sadəcə mənim yazdığım hekayələri görəcəkdilər,hekayəmi yox…
Artiq evə getmə zamanımız gəlmişdi. Məktəbdə yürüyərkən,mənə olan baxışların fərqindəydim. İlk gün mənim üçün çox çətin keçmişdi. Evdə nənəm məktəbin necə olduğunu soruşduqda, köhnə məktəbimi ,dostlarımı istədiyimi bildirmişdim.Nənəm isə bunun ilk gün olduğu üçün çətin olduğunu demişdim. Mən yenə inandım. Otağıma çəkilib,hekayələrini yazmağa davam elədim.Biraz gəlinciklərimlə oynayıb ,dərslərimi etdim.Atam və anamın yenidən evlənmələrini arzu edib yuxuya getdim.
Səhər açıldı.Məktəbə gedirdim. Bugün bəlkədə mənə yaxınlaşacaqdılar.Sinifə daxil oldum,salam verdim.Bir-iki nəfər salam dedikdən sonra öz işləriylə məşğul oldular.Axı niyə belə edirdilər? Bugün xoşbəxt olmasamda onlar kimi geyinmişdim.Axı niyə məni tanımaq istəmirlər? Zəng vuruldu və dərs başladı.Müəllimin mənə olan sərt baxışını yaxaladım.Qəribə oldum. Hər kəs hiss etmişdi o baxışları. Mənə baxıb öz aralarında danışmaqa başladılar. Artıq anlamışdım,onlar məni dost olaraq görmürdülər və görməyəcəkdilər.Axı niyə belə davranırdılar? Mən heçnə etmirdim. Günlərin heç xoşbəxt keçmirdi. Hekayə yazmaqı dayandırmışdım. Artıq hər gecə sadəcə anam və atamın yenidən bir araya gəlmələrini yox,həmçinin köhnə məktəbimə qayıtmağımı arzulayırdım. Ailəm bunu görmürdü. Evimizin yanındakı məktəbin uyğun və daha rahat olduğunu deyirdilər. Axı mən xoşbəxt deyildim,rahat heç deyildim. Mən onlara inanmışdım. Bəs böyüklər yalan deməzdi? Tək günahım inanmaq idi? Bəlkə saçımı rəngləməyim, bəlkə də ata və anamın ayrı olmaqı. Axı bu mənim günahım deyil.Mən sadəcə sevdiyim qəhrəman bənzəmək istəmişdim. Artıq onu sevmirəm , çünki ona görə məni heç kim sevmirdi. Məktəbdə günlərim yalnız keçirdi. Bir gün tənəfüsdə, o tanımadığım uşaq mənə pis hərəkət edib qaçdı. O an yerə yıxıldım və sadəcə ağladım. Bu sanki mənim fəryadım idi. Xalam qızına hadisəni danışdım və oğlanla mübahisə etdi. Mən ağlayarkən heç kim yanıma gəlmədi. Sadəcə baxırdılar və danışırdılar. Necə danışa bilirlər? Axı onlar mənim düşüncəmi,hisslərimi bilmirdilər. Axı necə? Psixoloq mənimlə danışdı.Mənə ailəmlə nə problemlərimin olduğunu soruşdu. Axı niyə məndən ailəmi , saçımın rəngini soruşur. Niyə mənə günahkar kimi davranır? Mən sadəcə dost olmaq istəmişdim.Onlar məni tanımırlar. Adımdan başqa hekayəmi bilmirlər. Ana və atamın ayrı olduğunu niyə kinayəlir deyirlər? Axı bunun günahkarı mən deyildim.
Günlər keçirdi. Ailəm,müəllimlərin heç kim məni görmürdü. Arzularım yox idi. Məndən nifrət edirdilər. Mən artıq pis biri olduğuma inanmışdım.
4 APREL, mənim üçün son idi,bəziləri üçün isə başlanğıc. Mən artıq məni görməmələrinə,dinləməmələrinə dözə bilmirəm. Bəlkə özümə nəsə etsəm məni görərlər? Çox ağrıyacaq, Allahım? Dözə biləcəm? Məni anlayacaqlar? Bu pəncərə çox yüksəkdir? Sizlərin ağrımasın deyə corablarımı yuxarı çəkdim. Bəlkə mən getsən onlar xoşbəxt olacaqlar? Son anda belə heş kəs mənə yaxınlaşmadı. Bəlkə o pəncərənin qarşısında durarkən biri gəlib, ‘necəsən Elina?” desəydi ,indi mən bu ağrıları çəkməyəcəkdim. Və bitdi. Eh, bu nə ağrıdır,Allahım. Daha əvvəl belə olmamışdım. Hərəkət edə bilmirəm. Qurtuldum? Xoşbəxt olacam? Hələ də nifrət edirlər mənə? Artıq gözümü açanda direktorun otağındaydım. Ağrıyırdım. Axı psixoloq məndən yenə ailəmi soruşur. Axı niyə mənim necə hiss etdiyimi soruşmur? Niyə mənə kömək etmirlər? Yox, mən ölmək istəmirəm. “İnşallah sağ qalmaz” sözünü eşitdim. Axı mən onlara nə etmişdim? Niyə məndən nifrət edirlər? Məni sevəcək insanların yanına apar, Allahım.Artıq sonrası mənim üçün yoxdur.
Bugün bazar günü deyil,niyə yuyursunuz məni? Paltatlarım hanı? Bu ağ parça nədi? Çox sərt. Niyə bu tabutun içərisindəyəm? Bu insanlar kimdi?
Bura çox qaranlıqdır, ana. Qorxuram. Hardasınız? Görə bilmirəm ? Hər tərəf torpaq iylənir. Yağış yağır? Mən artıq ağrı hiss etmirəm, ana. Kimsə eşitmədi,kimsə kömək eləmədi mənə. Ana, küsmə məndən yaxşı? Son istəyim ədalətdir. Xahiş edirəm,soyuq gözlərlə baxma mənə . Ana,yalan deyərlər bəlkə,inanma. Nə olar başını əymə yerə, mən pis bir şey eləmədim.
Siz hərgün xəyallarınızın arxasınca gedəcəksiniz.Həyatınıza qaldığınız yerdən davam edəcəksiniz. Lakin unutmayın – mən hərgün sizi izləyəcəm…
Əliyeva Sədaqət
ADU-nun Təhsil fakültəsinin II kurs tələbəsi