sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Mən Gəncəyəm” adlı sənədli film çəkilib

28/10/2020 - 13:29
A A
Facebookda paylaş
Gəncə hadisələrini özündə əks etdirən “Mən Gəncəyəm” adlı sənədli film çəkilib.
Filmdə ilk dəfə Gəncəyə gedən aktyorun  qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb. Daha böyük auditoriyaya çatdırmaq üçün filmdə  ingilis dilində titr da yerləşdirilib.

            “Mən Gəncəyəm” filminin rejissoru Ramil Ağasıyev açıqlamasında bildirdi ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf aldı: “Bu hadisə media vasitəsi ilə  dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik. Bildiyiniz kimi, düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – “Skad” raketlərindən atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 48 nəfər yaralanıb. 10 dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu terrordur. Dinc sakinlərin hədəf alınması düşmənin sağlam təfəkkürünün olmamasından xəbər verir. Biz bu yaşanan hadisələri sənədli film şəklində təqdim etmək qərarına gəldik. Filmdə aktyor Ziya Ağa ilk dəfə Gəncəyə gedir və bu hadisələri öz gündliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir”.

 Rejissor açıqlamasında ordumuzun bu günlərdə bir tarix yazdığını və hər bir vətəndaşın öz cəbhəsində döyüşdüyünü əlavə etdi.

Qeyd edək ki, filmin  quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur.  Montajı isə  Rasim Ramazanova məxsusdur. Filmdə yaşanan hadisələr aktyor Ziya Ağanın qeydləri ilə təsvir edilir.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az