sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Mahir N. Qarayev. Yağış (Əli Kərimin xatirəsinə)

30/06/2022 - 13:48
A A
Facebookda paylaş

30 iyun – görkəmli şairimiz Əli Kərimin vəfatı günüdür. Sim-sim.az bu münasibətlə tanınmış şair, tərcüməçi Mahir N. Qarayevin  Əli Kərimin xatirəsinə həsr etdiyi “Yağış” şeirini təqdim edir.

  

O yay axşamı

yağış həsrətilə yanırdı hamı!

 

Yanırdı dünyanın torpağı, daşı,

göylərin yalanı, düzü yanırdı;

Ağlaya bilənin gözünün yaşı,

ağlayammayanın gözü yanırdı!

 

O yay axşamı

ümidlər, arzular pərən-pərəndi;

hər küncü darısqal bir qəfəs kimi

taxta pəncərəli dar otağıydı…

 

Köhnə xatirələr

sönən işıq kimi, batan səs kimi

təsəlli deyildi qəlbə, dağıydı!

 

O yay axşamı

hərəsi otağın bir bucağında

istidən-tüstüdən didərgin kimi

bir qadın, bir də ki, üç uşağıydı…

 

Tanrı uzağıydı –

çoxdan olub keçən, itən gün kimi,

həkim də dünyanın ən yazığıydı!

 

Və bir də

o axşam, o yayın günü,

o əsrin, o ilin, o ayın günü,

iyunun son günü –

son iyun günü

 

üç igidin teli üç kəhər atın

uzun yalı kimi tumarlanırdı;

Səssiz hönkürürdü gendə bir qadın,

yağış həsrətilə hamı yanırdı!

 

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az