sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Meyxanada ədəbiyyat çalarları və ya ittihad – Pərviz Arif
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > Meyxanada ədəbiyyat çalarları və ya ittihad – Pərviz Arif

Meyxanada ədəbiyyat çalarları və ya ittihad – Pərviz Arif

Published 23/03/2021
Paylaş

 

Şübhəsizdir ki, bu yazı özünümüdafiə və emosionallıqdan yetərincə arınmış, obyektiv yanaşmanın məhsuludur. İllərdir nümayəndəsi olduğum meyxana söz sənətinin əleyhinə qərəzli deyilmiş hər bir cəfəngiyyatı tənqid kimi qəbul etmə məcburiyyətim olmadığına görə, son proseslər haqqında uzun-uzadı düşündüm. Düşündüyüm qədər uzun yazmadım ki, amalımın çərənçilikdən savayı, həm də bir qisim yoldaşı məsələnin mahiyyətindən hali etmək olduğu aydınlaşsın. Məlum olsun ki, cəmiyyətin aydınlanmasının qarşısını meyxana heç bir vəchlə almaq iddiasında deyil.
Üç gün öncə bizim söz sənətinin aydınlığı zülmətə döndü, Aydınımız dünyasını dəyişdi. Dəfnindəki izdiham, sosial şəbəkələrdəki hüzn mərhuma olan xalq sevgisinin hələ cuzi bir hissəydi. Aydın sadəcə spontan söz demək iqtidarında olan bəsit bir meyxana nümayəndəsi deyildi. Klassik ədəbiyyatı, sufizmi dərin bilən, bir çox qəzəlin, satirik şeirin, təmsilin müəllifiydi. Bədahətən dediyi misralarda məişət və sosial problemlərə tez-tez toxunan, XX əsr Azərbaycan filmini, tamaşalarını ustalıqla nəzmə çəkən sənətkar idi.

Aydın şair idi. Mənim sevdiyim Aydında həm Nazim Hikmətin ağrılı taleyi, həm İ.Brodskinin parlaq poetikliyi, həm də Ş. Bodlerin xüsusi dəsti-xətti bir zərrə belə olsa təzahür etmişdi.

Meyxananın müasirləşməsində, əruz anlayışının formalaşmasında Aydın Xırdalanlı imzası mütləqdir. O səbəbdən bir zamanlar Aydını imitasiya etmək, meyxana camiəsində sözə banal yanaşmanı məhv edə bildi. Bugünkü gün əruz vəzninin əsasən dörd bəhriylə (səri, rəməl, həzəc, münsərih) yanaşı, bəzi qələm sahiblərinin yazmağa çətinlik çəkdiyi rəcəz, müzarə, mütədarik bəhrlərində belə bədahətən söz demə qabiliyyəti olan gənclərin yetişməsində Aydının inqilabi təsiri zərurətdir.

Reallıq budur ki, seçdiyim sənət bir mənalı qarşılanmır. Hətta öz doğmalarımın belə haqlı tənqid etdiyi məqamları görməzlikdən və duymazlıqdan gələ bilmədiyim bir yolda büdrəmək hələ tam dekadans deyil.
Zatən mən illərdir söz süfrəsinin dadını qaçıran zərərli vərdişlərin təbliğatına qarşı dilisilahlı vuruşuram.
Mübarizәmdә qәtiyyәtli vә mәğruram.

Bu yazını Aydın Xırdalanlı dünyasını dəyişəndən üç gün sonra yazmışdım.
Allah rəhmət eləsin!

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?