sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Milli Kitab Sərgisinin açılış tarixi bəlli oldu

19/09/2022 - 13:48
A A
Facebookda paylaş

Milli Kitab Sərgisinin açılış tarixi bəlli oldu 

Sentyabrın 27-si, saat 13-də Bakı İdman Sarayında 4-cü Milli Kitab Sərgisinin açılış mərasimi olacaq.

Tədbirdə tanınmış qələm adamları, sənətkarlar, ziyalılar, media mənsubları iştirak edəcək.

27 sentyabr – 1 oktyabr tarixlərində keçiriləcək tədbirə nəşriyyatlarla yanaşı satış və yayım müəssisələri, yaradıcı təşkilatlar, müstəqil yazarlar, eyni zamanda əl işləri ilə məşğul olan sənətkarlar və əlilliyi olan şəxslər qatılacaq.

Sərgi üçün zəngin tədbirlər planı nəzərdə tutulub. Beş gün ərzində ziyarətçilər sənət adamları ilə müxtəlif görüşlərin, oxu saatlarının, imza günlərinin, şeir gecələrinin, musiqili proqramların iştirakçısı ola biləcəklər. Eyni zamanda, ədəbiyyat, yazıçılıq, kitab nəşri, tərcümə və redaktə işi ilə bağlı qızğın müzakirə panelləri təşkil olunacaq.

Burada dərc olunma tarixindən, janrından və ünvanlandığı oxucu kateqoriyasından asılı olmayaraq istənilən kitabı tapıb əldə etmək mümkün olacaq.

Tədbirin proqramı ilə bağlı əlavə məlumat veriləcəkdir.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az