sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
No Result
Bütün nəticələr
sim-sim

Milli Kitabxana tərəfindən kitabtoplama kampaniyası davam edir

Facebookda paylaş
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunan ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına qoşulan daha bir  ziyalımız, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Millət vəkili İsa Həbibbəyli olub.

Akademik İsa Həbibbəyli Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi bu kampaniyanın əhəmiyyətini vurğulayaraq müəllifi olduğu “Kitabi-Dədə Qorqud” yazılı epos və ya epopeya”, “Çingiz Aytmatov haqqında söz” adlı kitablarını və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının topladığı  650 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna  hədiyyə edib.

Akademik İsa Həbibbəyli bütün Azərbaycan ziyalılarına və Azərbaycan xalqına bu mühüm kampaniyaya qoşulmağa və işğaldan azad edilmiş torpaqlarımızda kitabxana mədəniyyətinin, elmin, təhsilin yenidən çiçəklənməsində köməklik göstərməyə səsləyib. /525.az/

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

sim-sim

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam

Əlaqə

+994505147488
omar.mazanov@gmail.com

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az