sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Monteneqroda “Qarabağ: Tale hekayələri” toplusu işıq üzü görüb

11/05/2022 - 00:13
A A
Facebookda paylaş

Sim-sim.az xəbər verir ki, Monteneqronun Podqoritsa şəhərində “Qarabağ: Tale hekayələri” toplusu işıq üzü görüb.

Bu barədə toplunun tərtibçisi və “ön söz”ün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu məlumat verib.

Onun sözlərinə görə topluya Xalq yazıçısı Elçin, Azər Abdulla, Vaqif Sultanlı, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, Kamran Nəzirli, Günel Anarqızı, Şərif Ağayar, Ataqam, Mirmehdi Ağaoğlu və Xəyyam Rəfilinin hekayələri daxil edilib.

“Kitab Podqoritsa şəhərində fəaliyyət göstərən Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin iştirakı və Azərbaycan Diasporuna Dəstək Fondunun köməyi ilə ərsəyə gəlib. Hekayələri Monteneqro dilinə Dragana Pantoviç tərcümə edib. Toplunun məsləhətçiləri Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə, tərcüməçi və şair Bojidar Proroçiçdir”, – Səlim Babullaoğlu bildirib.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az