sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Multikulturalizm Mərkəzi xarici universitetlərdə tədrisi davam etdirir
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > Multikulturalizm Mərkəzi xarici universitetlərdə tədrisi davam etdirir

Multikulturalizm Mərkəzi xarici universitetlərdə tədrisi davam etdirir

Published 05/08/2020
Paylaş

Multikulturalizm Azərbaycan dövlət siyasətidir. Ölkəmizin bu istiqamətdə fəaliyyəti, təkcə multikultural dəyərləri qoruyub inkişaf etdirməklə yekunlaşmır. Azərbaycan multikulturalizmin dünyada təbliği və təşviqi üçün də mühüm işlər həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan və artıq fəaliyyətinin 6 ilini geridə qoyan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü işlər də öz yüksək nəticəsini verməkdədir.

Mərkəzin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları ilə qurduğu səmərəli əməkdaşlıq uğurla davam etdirilir. “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin daha geniş coğrafiyanı əhatə etməklə bərabər, həm də öz təsir dairəsi və gücünü artırmaq istiqamətində ciddi işlər görülür. Azərbaycan multikulturalizm modelinin elmi müstəvidə öyrənilməsi və araşdırılması, gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə universitetlərinin qoşulması Multikulturalizm Mərkəzinin hədəfləri sırasındadır. Mövcud pandemiya şəraitində BBMM xarici ölkələrdə tədris və təbliğat işlərini mümkün olduğu qədər online şəkildə həyata keçirməyə çalışır.

Mərkəz növbəti belə tədbiri Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə 3-7 avqust tarixlərində gerçəkləşdirir. Braziliya universitetlərinin tələbələri üçün Azərbaycan multikulturalizmi mövzusunda təşkil edilən online kursun ilk günü Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov tələbələr qarşısında geniş çıxış edib. Kursda Braziliya Universiteti, Rio de Janeyro Federal Universiteti, Alto Vale de Rio Universitetinin tələbələri iştirak edirlər. Mühazirəçi Multikulturalizm Mərkəzinin tədris şöbəsinin müdiri İrina Kuninadır.

Kurs 5 gün ərzində davam edəcək.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?