sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Musa Yaquba – sevgi və iztirabla – Kamal ABDULLA
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Proza > Musa Yaquba – sevgi və iztirabla – Kamal ABDULLA

Musa Yaquba – sevgi və iztirabla – Kamal ABDULLA

Published 08/05/2021
Paylaş

Musa Yaquba - sevgi və iztirabla - Kamal ABDULLA

Xalq şairi, hamımızın sevimlisi Musa Yaqub haqq dərgahına qovuşdu. Ondan ayrılmaq bizim üçün dərin kədər, ədəbiyyatımız üçün böyük itkidir.

İki il əvvəl ustad şairin “İndi bildim nağıldı…” kitabını böyük maraqla oxumuş və onun haqqında “Musa Yaqubu oxuyarkən…” adlı bir esse yazmışdım. İndi həmin o yazını xatırlayıram:

 

“Bu dünya nə gözəl olur Allahım…

…Misal, cüt durnanın işıqlı göldən

Uçub dan yerinə qalxmağı kimi.

Bir həzin yağışın sübhün gözündən

Baharlı çəmənə yağmağı kimi…

 

Bu səmimi təəccüb kimə məxsusdur – dünyalar görmüş bir fikir və söz sahibinə, yoxsa bir uşağa?!

Bir din-iman sahibinə, yoxsa bir zövq və səfa əhlinə?!

Öz gözünə özü də inanmayan, təəccüb içində şübhə və marağı, heyranlıq və minnətdarlığı, borc və günahı sığışdıra bilən bir dərvişə, yoxsa sözün şəhdi-şövqi ilə həmzəban olan şairə, yoxsa Buynuz deyilən bir cənnətməkandan təkcə ətrafına deyil, təkcə sevgili Azərbaycana deyil, bütün dünyaya baxa bilən, baxmaq azdır, dünyanı görə bilən Musa Yaqubamı?! Amma bu üçü də bir Allah bəndəsində cəm olmayıbmı?! Dərviş – Şair – Musa Yaqub. Elədir, cəm olub.

Onu oxuduqca təəccübünün həddi-hüdudu olmur. Heyranlığının, sevginin, minnətdarlığının da həmçinin”.

Biz təkcə şair itirmədik, həm də dost-şair, doğma-şair, dərviş-şair itirdik. Və bir qəlb həmdəminə əlvida dedik.

Bir neçə il əvvəl xanımını itirmişdi. Ömür-gün yoldaşının əbədi gedişinə yazdığı şeiri də xatırlayıram.

 

Bir gözə dəymədən gözdən itənim,

Bir gizli baxt ilə əhdə yetənim!

Durub iki dünya üz-üzə, gəlmə

Bir daha göstərib möcüzə gəlmə.

Bir yol qovşağında bəlkə görüşdük –

Mən sizə gəlirəm, sən bizə gəlmə.

 

Qovuşdu gözdən itən ömür gün yoldaşı ilə. Əl-əlbət ki, ruhu şaddır, könlü xoşdur dərviş Musanın.

Ailə üzvlərinə, doğmalarına, bütün ədəbiyyatımıza dərin hüznlə başsağlığı verirəm. Uca Tanrıdan ruhuna əbədi rahatlıq diləyirəm!

/Ədəbiyyat qəzeti/

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?