sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Musiqili Teatr da “Əsgərə məktub” layihəsinə qoşulub

28/10/2020 - 13:37
A A
Facebookda paylaş

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Əsgərə məktub” layihəsinə qoşulub.

Teatrın rəhbər heyəti başda olmaqla, qurumun əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları mübarizədə ordumuzun döyüş əzminin daha da artırılması məqsədilə təşkil olunan bu kampaniyada fəal iştirak edirlər. Əməkdaşlarımız böyük ruh yüksəkliyi və həvəslə yazdıqları hər bir məktubda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli Ordumuza güvəndiklərini bildirirlər. Hər kəs öz hisslərini, sevgi və sayğılarını bir cür ifadə etməyə çalışıb. Hətta aktyorlardan bəziləri baməzə yumorlar, başlarına gələn maraqlı əhvalatları da məktublarda qeyd ediblər ki, əsgərlərimizin xoş ovqatını daha da artırsınlar.

 

 

AZƏRTAC xəbər verir ki, bu sözləri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib.

Qeyd edib ki, “Əsgərə məktub” layihəsi teatrda böyük coşqu ilə qarşılanıb və uğurla davam etdirilir: “Mən özüm də əsgərə məktub yazdım və ona inamımı, onunla şərəf və qürur duyduğunu bildirdim. Qeyd edim ki, bundan öncə də teatr kollektivi Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat məbləğində pul vəsaiti ianə edib və könüllü olaraq göstərdikləri bu yardımı yenə də davam etdirirlər. Qarabağ Azərbaycandır! Yaşasın qüdrətli Ordumuz! Tanrı əsgərlərimizi və Müzəffər Ali Baş Komandanımızı qorusun!   Musiqili Teatrın kollektivi Ali Baş Komandana inanır, əsgərlərimizlə qurur duyur. Qələbə günü uzaqda deyil!”

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az