sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Musiqili Teatr növbəti layihəsini Laçına ithaf edib
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > kino & teatr > Musiqili Teatr növbəti layihəsini Laçına ithaf edib

Musiqili Teatr növbəti layihəsini Laçına ithaf edib

Published 02/12/2020
Paylaş

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bir-birinin ardınca maraqlı layihələrini uğurla davam etdirir.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaradıcı heyətin tamaşaçılara təqdim etdiyi yeni layihə Laçın rayonunun işğaldan azad olunmasına həsr edilib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bədii rəhbərliyi ilə ərsəyə gələn “Laçına ithaf” kompozisiyası artıq sosial şəbəkə izləyicilərinə təqdim olunub.

Kompozisiyada ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənovun (ANNA RF qrupu ilə) ifasında “Ay Laçın” xalq mahnısından və tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının “Laçın” şeirindən istifadə olunub. İdeya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Zakir Ağayev olan gözəl sənət işinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu operatoru Hikmət Şahverdizadə, quruluşçu rəssamı Vüsal Rəhimdir.

Teatrın istedadlı aktyorları, vokal ifaçıları — Əməkdar artist Səidə Şərifəliyeva, Mehriban Zaliyeva, Gültac Əlili, Aydan Həsənova, Səmədzadə Xasiyev, Əmrah Dadaşov və Emin Zeynallının qəlbi ovsunlayan, məlahətli səsləri, balet artistləri — İranə Kərimova və Məhəmməd Abdullayevin təsirli perfomansı sanki bizi doğma yurd yerlərimizə səsləyir. Təqdimatın özündə də elə beləcə qeyd olunur: “Yolumuz Laçınadır!”

Kollektiv üzvləri — istər teatrın aktyor heyəti, istər xor, istərsə də balet truppasının artistləri bundan sonrakı planlarını Şuşa, Laçın, Ağdam, Fuzulidə və digər doğma məkanlarımızda davam etdirmək arzusunda olduqlarını bildirdilər.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?