sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Nəriman Əbdülrəhmanlının “Şəms” romanı çap olundu

30/09/2022 - 12:12
A A
Facebookda paylaş

Yazıçı Nəriman Əbdülrəhmanlının “Könül elçisi”, “Yolçu”, “Qurban”, “Taclı” tarixi əsərlərindən sonra qələmə aldığı “Şəms” romanı “Qanun” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr edilib. XII-XIII əsrlərdə yaşamış böyük Azərbaycan mütəfəkkiri həyatından bəhs edən kitabın rəyçisi görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, redaktoru şair-ədəbiyyatşünas Zakir Məmməddir.

Mövlana Şəms Təbrizi, Mövlana Cəlaləddin Rumi, onların münasibətləri barədə müxtəlir janrlarda, cürbəcür versiyalar irəli sürən onlarla əsər yazılıb. “Şəms” romanında isə müəllif Şəms Təbrizinin həyatına tamamilə başqa yandan baxır, əsərdən-əsərə təkrarlanan məlum süjetlərdən kənar çıxır, oxucunu dövrün coşqun hadisələri içində itib-batmağa, qəhrəmanın kamilliyə doğru çətin yolunu izləməyə, Eşq, sirr, qeyb aləminə cummağa sövq edir.

“…Hələ ki, altı qəbrim var: ikisi Konyada, biri Niğdədə, biri Qeysəriyyədə, biri Xoyda, biri Kuhistandakı Meymundiz qalasında, yeddincisi də, yəqin, Təbrizdə, valideynlərimin uyuduğu Gəcildə, Məqbərət-ül-Ürəfa qəbiristanlığında olacaq…

…Dünyaya gələndə Məlikdad oğlu Əlinin övladı Muhamməd kimi tanınmışam. Quranı xətm eləyəndən sonra şeyxim Şəms-əd-Din – Dinin Günəşi ləqəbi verib. Qürbət ellərdə Şəmsəddin Təbrizi, elm-ürfan adamları arasında Şəms Təbrizi kimi tanınmışam, mərifətimə görə, Kamili-Təbrizi, gəzəri dəvriş olduğum səbəbindən Şəmsəddini-Parəndə adlandırıblar, salnaməçilər qələmə aldıqları salnamələrində adımı Şəmsəddin Muhamməd Təbrizi kimi çəkirlər…

…Dörd Allah bəndəsiylə taleyimiz bir-birinə qarışmasın deyə, hekayətimi özüm danışmaq istədim. Çünki insanın yaşayanda anlaya bilmədiyi dəyərləri öləndən sonra anlamasının bir kimsəyə faydası yoxdu, gərək sevgisini də, nifrətini də sağ vaxtı ifadə və eturaf  eləyə…”

Romanda XII əsrin sonu – XIII əsrin birinci yarısının dolğun mənzərəsi, bir-birindən maraqlı insan taleləri ilə əks etdirilib, eyni zamanda, zamanın burulğanlarında taleləri bir-birilə çulğaşmış şəxsiyyətlərin portretləri yaradılıb.

Kitabın IV Milli Kitab sərgisində təqdim olunacağı gözlənilir.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az