Rusca qəzəl
Я мир хочу тобой себе создать любимая.
И от душы душу тебе отдать любимая.
Не знаю как где мне найти счастье
Не знаю как, где тебя искать любимая.
Так долго не оставь меня умру я без тебя
Вернись сегодня нельзя опаздать любимая.
Если груз печали в любви ты отдаеш,
Я рад всегда на спине таскать любимая.
“Разлука кончилась вот и Сузи вместе мы”
Мечтаю я, вредно ли мечтать любимая?.
Şəhidi var
Onda vətən vətəndi ki, min can şəhidi var.
Böylə vətəndi Azəribaycan şəhidi var.
Baği-vətəndə qanə batıb qəmli lalələr
Bülbül ötür bu yerləri nalan, şəhidi var.
Yurdun səması san ki geyib qəm libasını,
Ağlar bulud tökür yerə leysan, şəhidi var.
İmanı göstərər vətən eşqi, qürura bax
Fəxr eyləyir vətən onun iman şəhidi var.
Canandı fərz qıl bu vətən ali hüsndə,
Hər qətrə qani eşqinə ehsan şəhidi var.
Sə’rinlə Suzi bir ananın dərdin an, qalıb
Həsrətdə incə qəlbi pərişan, şəhidi var.
Gördüm
O gün yuxumda o yarın ki çöhrəsin gördüm.
Könüldə həsrəti, san vəsl töhfəsin gördüm.
Günəş ayüzlü o sərvə nəzər yetirdikcə,
Bu kimsəsiz gecəmə kölgə kölgəsin gördüm.
Ayüzlümün alıb on üç sitarə ətrafın
Göy aləmində əcəb eşq səhnəsin gördüm.
Nəzər salıb onu hər yerdə batinən görrəm
Ki zahirən demərəm ondan özgəsin gördüm.
Edib biləkləri zənciri-küfrdən azad,
Hüseynə sarı dönüb hürr tövbəsin gördüm.
O gül açanda gülağzın, bu cür gözəlliklə,
Gülün çəməndə açan san ki qönçəsin gördüm.
Mən eşq xəstəsiyəm ağladım ki, lütf etsin,
Dəvanı dərdə o məşuq, bəhrəsin gördüm.
Təsəlli oldu gözüm yaşı ömr bağımda,
Susuz solan ağacın san ki pöhrəsin gördüm.
Açılmadıqca həqiqət zamanlar ötdükcə,
Zəmanə əhlinin ey Suzi fitnəsin gördüm.
Tapdım
Dalıb bəharə gülüstanı axtarıb tapdım.
Gülüzlü sevgili-cananı axtarıb tapdım.
Təbib misli o dildarə sarı üz tutdum
Nə dərdim oldusa, dərmanı axtarıb tapdım.
Vüsal ümidini dərd eylədikcə ol yarın,
İlaci-möhnətü hicranı axtarıb tapdım.
Kitabi-hüsnü “əlif” “lam”u “ha”nı göstərdi
Bu nəqşi-yardə irfanı axtarıb tapdım.
Nümayiş etdi münəzzəh cəmalı ğeybətdən
Səbəb bu oldu ki Sübhanı axtarıb tapdım.
Mən aşiqin yeri meyxanədir, çün ey zahid!,
Şərabi-eşqdə imanı axtarıb tapdım.
Xudayə şükr elə ey Suzi, söylə axır ki,
Mənə gərək olan insanı axtarıb tapdım.