Şәrq qadını mövzusunda işlәdiyi silsilә rәsmlәrini Sənan Moskvaya aparıbmış. Salonda işlәrini haradan, necә asmaq hazırlığı gedәndә, ekstrasenslәr assosiasiyasının üzvü Volodya adlı birisi yaxınlaşır, zәncirdәn asılmış simvolik bir fiquru çıxarır, rәsmlәrin qabağında tutur vә onun tәrpәnişi әsasında şәkillәrin hansı ardıcıllıqla düzülmәsini tәklif edir. Sənana deyir ki, sәnin işlәrin kosmik uyarlığa uyğundur. Sənanın özündәn başqa bir ekstrasens haqqında eşitmişәm. Deyir ki, onun sözlәri ürәyimә yatdı. Bәrk başı ağrıyırdı, gәldi otağıma, başladıq yavaş-yavaş ordan-burdan söhbәt elәmәyә. Rәsmlәrә gözuçu, ötәri baxırdı. Sabahısı mәnә dedi ki, bilirsәn, sәnin işlәrinin təsiri ilә başımın ağrısı getdi. Sonra ekspert kimi kağız verdi ki, bu işlәrin terapevtik, sağaldıcı enerjisi tәxminәn 70 faizә çatır. Sənanın studiyasında oturmuşuq. Barmağını uzadıb Pikassonun divardan asılmış bir reproduksiyasını göstәrir:
– Bax, bir gör onda nә qәdәr hәrәkәt var. Amma, mәn şәkildә hәrәkәti sevminrәm. İndi dә Modilyaninin çәkdiyi bu portretə bax, bunda sakitlik var, hәrәkәtsizdir. Ancaq gör nә böyük fikir “deyir”.
Deyir ki, yaman çətindir bu dünyada yaşamaq.
Mən: – Kosmopolitizm sənə yaxındır? Oktyabr inqilabından sonra bizdәki ideolaqiyanın qorxunc miflərindәn biri kosmopolitizm idi. O dәhşatli bir xәstәlik, ziyankarlıq kimi lənətlənib. Bütün dünya isə milliliyә köklәimiş sənәtkara da, kosmopololitzmә can atan sәnәtkara da bərabər maraqla tamaşa edib.
O: – Kosmopolitizm estetikası mәnә yabançıdır. Sәnәtdә mәn ruhun kişi, ya qadın, ya da ayrı-ayrı millətlәrin ruhuna çevrilmәkdәn qabaqkı halı ilә maraqlanıram. İstәyirәm çәkdiyim rәsmlәrdәn adamların düşünçә vә qavrayaşına bu ruh yağışı yağsın, Sәnәtdә mәn kәndli başlanğıcını sevmnrəm. Demәk istәyirәm ki, rәsmlәrimdә torpağın fallik seksual enerji gücünün «bilinmәsini istәmirәm.
Mәn: – Deyirsən ki, kosmopolitizm sənə yaxındır. Amma elә həmişə Şәrq estetikasına üstünlük verirsәn. Dediyin estetika isə bizim miniatür sәnətinin estetikasıdır. Ortaçağda Azәrbaycan «Miniatürlәrindә zәrif ruha bürünmüş bir cismanilik var. Onlardan nurlanan enenjidә fallik vә seksual güc yoxdur, hәrçәnd, müsәlman Şәrqinin erotik miniatür əsərlәri dә olub. Sənan öz əl işәrindәn söhbәt etmәyi sevәn adamlardandır. Fikirlәri dağınıqdır. Müəyyən sistemə bağlı deyil. Burada dediyinin orada dediyi ilə uyğunsuzluğunu vecinә almır. Onu daha çox indiki anda dediyinin yeni, maraqlı olması maraqlandırır. Bu da bir cür sәnәtkar psixoloqiyasıdır. Bunu mәn dә başa duşürәm vә belә düşünçә sәpintisinә maraqla tamaşa edirәm.
O: – Elә rәssam vap ki, çәkdiyi şәkil adamın enerjisini özünә çәkib sovurur. Amma mәn istәyirәm, çәkdiyim işlәrdә genişlik olsun, işıq bolluğu olsun. Mәn gümüşün rәngini sevirәm. İstәyirәm ki, mәnim işlәrimdәn tamaşa edәnlәrә bol-bol gümüş enerjisi axsın.
Mәn: – Sәnin qrafikanda yumurta fiqurunun zәrif siluet cizgisi var, bir dә bu fiqurun hamarlığı.
O: – Yumurtanın formasını sevirәm. Qismәt olsa, istәyirәm Bibliya süjetlәrinә şәkillәr çәkim vә bu şәkillәrdә ana cizgilәri yumurtanın formasından götürüm.
Mәn: – Yumurta әski miflәrin dә sevimli obrazı, modelidir. Ancaq bunu qoyaq bir yana, sәndәn başqa şey soruşum. İstәyirsәn ki, çәkdiyin işlәrdәn camaatım ruhuna vә demәli, həm də duyğularına prana, nәfәs kimi enerji axsın, o biri yandan da «sәnәtkar yapdıqlarından öz duyğularını yağdırmalıdır» deyәnlәrin acığına deyirsәn ki, yaradıcılığında tam rasionallıq tərəfdarısan, yəni hәr şeyi ağılla ölçüb-biçirsən. Bir az qabaq Sənan xətkeşi, qara kömürlә kağızını göstərib bildirmişdi ki, lazım olanda mən bunlarla işləyirəm. Nə ayıb var burda? Әgәr mənә düz cızıq çәkmәk lazımdırsa, niyә utanmalıyam ki, xәtkeşdәn istifadә edirәm? Mən Sənanla daha bu haqda mübahisayә girişmәdim, çünki bilirdim ki, hәmin mәsәlәlәrdә dә onun baxışları yetәrincә uyğunsuzdur. Bir yandan, epataj üçun, acığa o öz yaradıcılığının soyuq rasionalizmi ilә öyünur, o biri yandan isә, tanışımız bir teatr rejissorunun (Vaqif İbrahimoğlunun) intellektual sәviyyәsini yaradıcılığı üçün әngəl sayır. Bir də onun uçün mübahisə etmәdim ki, sәnәtdә «soyuq düşüncәnin payı nә qәdәr, duyğusallığın payı nə qәdәr olmalıdır» sualı, artıq, mənim üçün cəlbediciliyini itirib. İndiki halda bir inamım var: sәnәtdә hәr şeyә icazә olmalıdır; əgәr bu, cәmiyyәtdә, mәnәviyyatımızda, sәnәtin özündә yeni açıqlıqlar, faydasına görә önəmli dәyәrlәr ortaya çıxarırsa.