sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatını keçirilib

24/09/2021 - 13:39
A A
Facebookda paylaş

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Baş Assambleyası çərçivəsində “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatını keçirib.

Təqdimatda BMT Sivilizasiyalararası Alyansının ali nümayəndəsi Migel Moratinos, Ərəb Liqasının sabiq Baş katibi Amre Moussa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvanic, bu ölkənin sabiq Baş naziri Zlatko Lagumdzija, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar Kitaroviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Kitab Azərbaycan Respublikası Prezidentinin bu ilin Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması ilə bağlı Sərəncamından irəli gələrək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin tərəfindən çap olunub. Nəşrdə əksini tapan illüstrasiyalar dünyanın tanınmış Metropoliten Muzeyi tərəfindən təmin edilib.

 

azertag.az

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az