sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Nizami Gəncəvi yaradıcılığı özbək elmi mənbələrində – Almaz Ülvi

03/02/2021 - 11:33
A A
Facebookda paylaş

Sim-sim.az saytı Almaz Ülvinin “Nizami Gəncəvi yaradıcılığı özbək elmi mənbələrində” adlı yazısını təqdim edir

 

Nizami ədəbi irsinin özbək ədəbiyyatına təsiri, özbək ədəbiyyatşünaslığında tədqiqi və Özbəkistanda nəşri məsələləri

 

Təd­qi­qat­la­ra is­ti­na­dən, Ni­za­mi “Xəm­sə”si­nin ən qə­dim va­ri­an­tı Öz­bə­kis­tan Əl­yaz­ma­lar Fon­dun­dan, Nə­vai əsər­lə­ri­nin ən qə­dim nüs­xə­lə­ri Azər­bay­can Əl­yaz­ma­lar İns­ti­tu­tun­dan əl­də edil­miş­dir. Bu, o de­mək­dir ki, Azər­bay­can–öz­bək ədə­bi əla­qə­lə­ri­nin ta­ri­xi yü­zil­lik­lə­rə, mi­nil­lik­lə­rə ge­dib çı­xır.

Ədə­biy­yat­da tə­sir mə­sə­lə­si: Bə­li, Azər­bay­can–öz­bək ədə­bi mü­na­si­bət­lə­ri nə­in­ki Ni­za­mi Gən­cə­vi­nin ya­şa­dı­ğı dövr­dən, hət­ta on­dan da əvvəlki za­man­lar­dan qol-bu­daq at­maq­da­dır. Ni­za­mi “Xəm­sə”si Öz­bə­kis­ta­nın da qiy­mət­li ədə­bi xə­zi­nə­si sa­yı­lır. Bö­yük şai­rin və­fa­tın­dan on il­lər son­ra, Or­ta Asi­ya­nın mon­qol­lar tə­rə­fin­dən iş­ğal olun­du­ğu dövr­də Xa­rəzm­də na­mə­lum öz­bək mü­əl­lif “Müf­tah ül-ədl” ad­lı bə­dii əsər ya­rat­mış­dı. Bu əsə­rin əsa­sı­nı Ni­za­mi­nin “Şah və iki bay­quş” haq­qın­da he­ka­yə­si təş­kil edir­di [1]. Təd­qi­qat­çı­la­rın qə­naə­ti­nə gö­rə, öz­bək ədə­biy­ya­tı­na Ni­za­mi­nin tə­si­ri be­lə baş­la­mış­dı. XIV əsr­də, da­ha də­qiq, 1330-1340-cı il­lər­də öz­bək şai­ri Qütb Xa­rəz­mi “Xos­rov və Şi­rin” əsə­ri­ni ana di­li­nə çe­vi­rər­kən poe­ma­ya ye­ni ha­di­sə­lər da­xil et­miş­di və bu­na gö­rə də Ni­za­mi əsə­ri­nin öz­bək va­ri­an­tı bir növ ori­ji­nal ki­mi səs­lə­nir [2]. Müa­sir döv­rü­müz­də Öz­bə­kis­tan­da dərc olun­muş beş­cild­lik “Öz­bək ədə­biy­ya­tı ta­ri­xi” ki­ta­bın­da da Ni­za­mi­nin öz­bək ədə­biy­ya­tı­nın in­ki­şa­fın­da­kı müs­bət tə­si­ri xü­su­si qeyd edil­miş­dir. Öz­bək di­lin­də ya­zıl­mış “Xos­rov və Şi­rin”in mü­əl­li­fi Qütb Xa­rəz­mi Ni­za­mi­dən öy­rən­di­yi­ni eti­raf edə­rək yaz­mış­dır:

 

Qazantək qaynayıb sevda yetirdim,

Nizami balından halva bişirdim. [2]

Bir çox mən­bə­lə­rə is­ti­na­dən de­yə bi­lə­rik ki, Ni­za­mi ir­si Öz­bə­kis­tan­da Nə­vai döv­rü­nə qə­dər də ge­niş ya­yıl­mış­dır, se­vil­miş­dir. Öz­bək ədə­biy­ya­tı­nın klas­si­ki Nə­vai­nin da­hi Ni­za­mi­nin tə­si­ri ilə “Xəm­sə” ya­rat­ma­sı, son­ra­lar da Azər­bay­ca­nın ən gör­kəm­li sə­nət­kar­la­rı­nın Nə­vai­dən öy­rən­mə­si və baş­qa bu ki­mi ədə­bi fakt­lar ədə­biy­yat ta­ri­xi­miz­də az de­yil­dir. Qa­fur Qu­la­mın yaz­dı­ğı ki­mi –

 

Şagirdlər qəlb evinin parlayan çırağıdır,

Ustadı ötən şagird – ustadın bayrağıdır.

Mərifət insana xas, könül, göz bulağıdır,

Yurdu sevənlər üçün yurd bir çiçək bağıdır,

Yurdsevərlər bu bağda olar Şirin, ya Fərhad,

Biri-birinə şagird, biri-birinə ustad. [3, s.127]

 

Nə­vai “Hey­rət ül-əb­rar” (“Nə­cib­lə­rin hey­rə­ti”) əsə­rin­də Ni­za­mi­ni öz us­ta­dı və il­ham­ve­ri­ci­si he­sab et­miş, ona səc­də qıl­mış, onu “pir”, “Xızr” ad­lan­dır­mış, “Xəm­sə”si­ni “Beş xə­zi­nə” de­yə şə­rəf­lən­dir­miş­dir. Nə­vai hər das­ta­nı­nın baş­lan­ğı­cın­da Ni­za­mi­yə mə­həb­bət və hör­mət əla­mə­ti ola­raq xü­su­si sə­hi­fə­lər yaz­mış­dır. “Gən­cə gü­nə­şi elə bir bay­raq qal­dır­dı, söz öl­kə­si­ni bir qə­ləm­lə bir­ləş­dir­di, dost­laş­dır­dı”. Azər­bay­ca­nın bö­yük oğ­lu Ni­za­mi­ni tə­rif­lə­mək­dən yorulmur, ona la­yiq əsər­lər ya­zır. Nə­vai bir baş­qa sə­hi­fə­də yaz­mış­dır: “Gən­cə­li Ni­za­mi şei­ri­ni öz göv­hər­lə­ri ilə bə­zə­di. O, dün­ya­nı cə­va­hi­rat­la dol­dur­du. Onun cə­va­hir­lə­ri gö­yün ul­duz­la­rı ki­mi say­sız-he­sab­sız­dır. Elə adam ta­pıl­maz ki, bö­yük Gən­cə­li­nin in­ci­lə­ri­ni qiy­mət­lən­dir­mə­sin. Qu­laq­lar­da cin­gil­də­yən ləl-cə­va­hi­rat ağız­lar­da do­la­şa­caq, o heç vaxt tor­pa­ğa düş­mə­yə­cək­dir. On­lar qu­laq­dan ürə­yə ke­çə­cək, ürə­yi zən­gin­ləş­di­rə­cək­dir. Eh! Ni­za­mi, mən sə­nin­lə mü­qa­yi­sə et­mək üçün sə­nə bə­ra­bər adam tap­ma­dım” [2]. “Ley­li və Məc­nun” poe­ma­sın­da isə öz us­ta­dı haq­qın­da ya­zar­kən be­lə de­miş­dir:

 

Sal daşdan o qurdu beş uca qala,

Beş gizli xəzinə çıxdı aşkara,

Qala dövrəsində bu tikdi qəsr –

Zinəti deyilsin əsrbəəsr.

Həm çölünə vurdu incə naxışlar,

Həm də içində zər parladı par-par.

Ecazla sehrdə var bir təfavüt:

Birinci – Kəbədir, ikincisə – büt. [3, s.68]

 

Nə­vai Bay­qa­ra sa­ra­yın­da baş və­zir ol­du­ğu za­man­lar­da Ni­za­mi­nin “Xəm­sə”si­ni xü­su­si xət­tat­la­ra bir ne­çə va­ri­ant­da yaz­dır­mış­dır. Hət­ta da­ha ma­raq­lı bir nüs­xə­si­ni – ol­duq­ca ori­ji­nal və na­dir əl­yaz­ma nüs­xə­si­ni mi­sal gös­tər­mək is­tər­dik. Bu əl­yaz­ma nüs­xə­sin­də Nə­vai öz “Xəm­sə”si­ni Ni­za­mi­nin “Xəm­sə”si ət­ra­fı­na dai­rə­vi şə­kil­də yaz­dır­mış­dır. Nə­vai­nin Ni­za­mi ya­ra­dı­cı­lı­ğı­na olan mə­həb­bə­ti­nə hey­ran­lı­ğı­na va­leh olan rus şai­ri N.Ti­xo­nov yaz­mış­dır: “Nə­vai şir idi, şi­rin hən­də­və­rin­də do­la­nır­dı və şir ilə mü­ba­ri­zə­də sa­la­mat qal­mış­dı. Çün­ki Nə­vai Ni­za­mi­nin rə­qi­bi yox, müt­tə­fi­qi idi” [3, s.66].

Aka­de­mik Hə­mid Aras­lı­nın tə­bi­rin­cə qeyd et­sək, XV əsr ədə­biy­ya­tı nü­ma­yən­də­lə­ri Lüt­fi, Xa­rəz­mi, Dur­bək, Gə­dai, Ətai, Sək­ka­ki ki­mi gör­kəm­li sə­nət­kar­lar Ni­za­mi ir­sin­dən fay­da­lan­dıq­la­rı­nı əsər­lə­rin­də dö­nə-dö­nə eti­raf et­miş­di­lər. Nə­vai za­ma­nın­da Hey­dər Xa­rəz­mi us­tad say­dı­ğı Ni­za­mi­nin “Sir­lər xə­zi­nə­si”ni tər­cü­mə et­miş və bu ad­da özü də “Məx­zən ül-əs­rar” əsə­ri­ni yaz­mış­dır. Şa­ir əsə­rin mü­qəd­di­mə­sin­də de­yir:

 

Şeyx Nizami nəfəsindən can tapıb,

Mənisindən hökmlə-fərman tapıb.

Dünyada mən Heydəri-sahib hünər,

Əldə etdim bu qədər dürrü gövhər. [3, s.70]

 

1987-ci il­də Öz­bə­kis­tan­da çap olun­muş “Nə­vai an­to­lo­gi­ya­sı”na Hey­dər Xa­rəz­mi­nin bu əsə­ri də da­xil edil­miş­dir.

Xalq şairi Qafur Qulamın misralarıdır:

 

Azərbaycan xalqının ölməz şeiri, sənəti,

Qədim zamandan bəri dostlara həyat verib.

Atamız Nizaminin hikmətdə məharəti,

Şərqdə çox şairlərə ilhamdan qanad verib.

 

Xalq şai­ri Sol­tan Ək­bə­ri mü­sa­hi­bə­lə­ri­nin bi­rin­də mə­həb­bət­lə qeyd edir ki, qə­dim Gən­cə­də dün­ya­ya göz açan Ni­za­mi öz sə­nə­ti ilə ne­çə əsr­dir ki, dün­ya­nın bir çox xalq­la­rı­na çox nə­cib, hu­ma­nist hiss­lər aşı­la­yır. On­la­rı əmək­se­vər­li­yə, və­tən­pər­vər­li­yə, dost­lu­ğa, sül­hə, qar­daş­lı­ğa ça­ğı­rır. Ni­za­mi əsər­lə­ri bü­tün nə­sil­lə­rin mə­nə­vi sər­və­ti ola­raq qa­la­caq­dır.

Bö­yük nə­vai­şü­nas alim Cən­nət Na­ğı­ye­va “Klas­sik­lə­ri­mi­zin əsər­lə­ri Nə­vai­nin ki­tab­xa­na­sın­da” ad­lı təd­qi­qa­tın­da Nə­vai döv­rün­də ya­zıl­mış Ni­za­mi əl­yaz­ma nüs­xə­lə­ri haq­qın­da də­yər­li mə­lu­mat­lar aş­ka­ra çı­xar­mış­dır: “Nə­vai klas­sik Şərq ədə­biy­ya­tı­nı mü­kəm­məl bi­lən, epik şei­rin us­ta­dı Ni­za­mi ənə­nə­lə­ri ilə tər­bi­yə­lə­nən, Azər­bay­can ədə­biy­ya­tı ilə bağ­lı olan şa­ir­lər­dən idi. Ni­za­mi əsər­lə­ri­nin gü­nü­mü­zə gə­lib çı­xan ən mü­kəm­məl, ol­duq­ca gö­zəl xət­lə ya­zıl­mış nüs­xə­lə­ri məhz Nə­vai döv­rü­nə aiddir, da­ha doğ­ru­su, bir­ba­şa Nə­vai­nin tap­şı­rı­ğı ilə ha­zır­lan­mış­dır. Bü­tün bun­lar­dan əla­və, Or­ta Asi­ya söz sə­nət­kar­la­rı­nın Ni­za­mi ya­ra­dı­cı­lı­ğı ilə əsr­lər bo­yu da­vam edən ədə­bi əla­qə­lə­ri­ni təs­diq­lə­yən baş­qa bir çox əl­yaz­ma­la­rı da Nə­vai­nin əlin­də – onun ki­tab­xa­na­sın­da ol­muş, hə­min döv­rün məh­su­lu ki­mi bu gü­nə qə­dər gə­lib çat­mış və öz ta­ri­xi-ədə­bi əhə­miy­yə­ti­ni sax­la­mış­dır. Ni­za­mi və Əmir Xos­rov, Ni­za­mi və Nə­vai, Ni­za­mi və Ca­mi­nin “Xəm­sə”lə­rin­dən se­çil­miş əl­yaz­ma­la­rı­na SSRİ-nin ki­tab xə­zi­nə­lə­rin­də rast gəl­mək olur” [4]. Təd­qi­qat­çı bu araş­dır­ma­sın­da Ni­za­mi əl­yaz­ma­la­rı­nın ya­zıl­ma ta­ri­xi­ni, cil­di­ni, sə­hi­fə­si­ni və sa­ir mə­sə­lə­lə­ri ay­dın şə­kil­də təs­vi­ri­ni qə­lə­mə al­mış­dır. Ni­za­mi­nin Nə­vai döv­rü­nə aid olan dörd əl­yaz­ma­sı üzə­rin­də xü­su­si da­ya­na­raq ay­dın şərh­lər ver­miş­dir.

Nə­vai­nin Ni­za­mi eca­zı­na da­ir gö­rüş­lə­ri­ni Y.E.Ber­tels təd­qi­qat­la­rın­da be­lə təh­lil edir: “Şə­ri­ət­də ecaz pey­ğəm­bə­rin öz pey­ğəm­bər­li­yi­ni sü­but üçün gös­tər­di­yi mö­cü­zə­yə de­yi­lir. Mə­sə­lən, Mə­həm­məd üçün be­lə bir sü­but Qu­ran he­sab olu­nur. Ni­za­mi poe­ma­sı­nı Qu­ran­la mü­qa­yi­sə et­mək­lə Nə­vai hə­min əsə­rin mis­li-bə­ra­bə­ri ol­ma­dı­ğı­nı eti­raf et­miş olur” [2]. Öz­bək ədə­biy­yat­şü­na­sı Mə­həm­məd Əli “Ecaz­kar Gən­cə­vi” mə­qa­lə­sin­də Ni­za­mi­nin öz­bək ədə­biy­ya­tı­na tə­si­rin­dən, Ni­za­mi ir­si­nin öz­bək ədə­biy­yat­şü­nas­la­rı­nın təd­qi­qin­də xü­su­si ye­ri ol­du­ğu­nu eti­raf et­miş­di. Mə­qa­lə­də Y.Ber­tel­sin fik­ri­nə is­tinad edi­lə­rək gös­tə­ri­lir ki, “Ni­za­mi sə­nə­ti­nin müx­tə­lif ədə­biy­yat­lar­da do­ğur­du­ğu əks-sə­da in­tə­ha­sız və mi­sil­siz­dir. Bu­nu bir çox ədə­biy­yat­lar­da Ni­za­mi­yə bol­lu­ca ya­zı­lan nə­zi­rə­lər də təs­diq­lə­yir: mə­sə­lən, fars­ca qırx iki, öz­bək­cə iki, türk­cə iki və sa­ir.

Ey­ni za­man­da Ni­za­mi qüd­rə­ti­dir ki, sö­z-so­vu dün­ya­ya ya­yıl­mış­dır. Ni­za­mi el­mi ilə dün­ya­ya bə­ləd idi. Xa­rəzm şah­za­də­si Naz­pə­ri su­rə­ti­nin bə­dii tə­rən­nü­mü təs­diq­lə­yir ki, şa­ir o xal­qın ta­ri­xi­ni, et­noq­ra­fi­ya­sı­nı, adət-ənə­nə­si­ni, mə­də­niy­yə­ti­ni, coğ­ra­fi­ya­sı­nı gö­zəl bi­lir­miş” [2].

Əl­də olu­nan ədə­bi fakt­la­rı bir-bir təh­lil süz­gə­cin­dən ke­çir­mək­də məq­səd Ni­za­mi ya­ra­dı­cı­lı­ğı­nın öz­bək ədə­biy­ya­tı­na tə­sir mə­sə­lə­si­ni ay­dın­laş­dır­maq­dır. Ümu­mi­lik­də isə beş­cild­lik “Öz­bək ədə­biy­ya­tı ta­ri­xi” aka­de­mik ki­ta­bın­da Ni­za­mi­nin öz­bək ədə­biy­ya­tı­nın in­ki­şa­fın­da­kı müs­bət tə­si­ri əha­tə­li qeyd edil­miş­dir.

Ədə­biy­yat­şü­nas­lıq­da təd­qi­qi: Öz­bə­kis­tan­da müx­tə­lif za­man­lar­da ay­rı-ay­rı el­mi mən­bə­lər­də ki­tab və top­lu­lar­da, qə­zet və dər­gi­lər­də Ni­za­mi ya­ra­dı­cı­lı­ğı, onun əsər­lə­ri haq­qın­da el­mi-tən­qi­di mə­qa­lə­lər, araş­dır­ma­lar nəşr olun­muş­dur. XX əs­rin 40-cı il­lə­rin­də Ni­za­mi və Nə­vai­nin yu­bi­ley gün­lə­ri çər­çi­və­sin­də bu səp­ki­də xey­li el­mi mə­qa­lə­lər ya­zıl­mış və dərc edil­miş­dir. Aka­de­mik Hə­mid Aras­lı­nın iki xal­qın ədə­biy­yat­la­rı haqqında gör­dü­yü iş­lə­ri say­maq­la ba­şa gə­lən de­yil. Onun elə hə­min il­lər­də Nə­vai ilə bağ­lı Azər­bay­can­da gör­dü­yü iş­lər haq­qın­da də­fə­lər­lə ya­zı­lıb, elə bu sə­tir­lə­rin mü­əl­li­fi də “Azər­bay­can-öz­bək ədə­bi əla­qə­lə­ri” mo­noq­ra­fi­ya­sın­da da qeyd­lə­ri­ni bil­dir­miş­dir. H.Aras­lı­nın 1940-ci il­də yaz­dı­ğı “Ni­za­mi və Nə­vai” ad­lı təd­qi­qa­tı öz­bək el­mi-nə­zə­ri fik­rin­də yük­sək də­yər­lən­di­ril­miş, ne­çə-ne­çə təd­qi­qat işi üçün ilk mən­bə sa­yıl­mış­dır. Öz­bə­kis­tan Döv­lət Pe­da­qo­ji İns­ti­tu­tu­nun el­mi əsər­lə­ri se­ri­ya­sın­dan nəşr olu­nan “Dil və ədə­biy­yat mə­sə­lə­lə­ri” top­lu­su­nun (XXIX cild, 1961) 56-89-cu sə­hi­fə­lə­rin­də H.Aras­lı­nın “Ni­za­mi ir­si dün­ya mə­də­niy­yə­ti xə­zi­nə­sin­də” ad­lı iri­həcm­li əsə­rin­də Ni­za­mi­nin öz­bək ədə­bi mey­da­nın­da, ədə­biy­yat­şü­nas­lıq el­min­də ro­lun­dan bəhs edi­lir.

Aka­de­mik Va­hid Ab­dul­la­yev, aka­de­mik Va­hid Za­hi­dov, pro­fes­sor Səi­də­xan Nər­zul­la­ye­va, pro­fes­sor Şah­mə­həm­məd Şah­mə­həm­mə­dov və bir çox məş­hur öz­bək alim­lə­ri el­mi araş­dır­ma­la­rın­da Ni­za­mi ir­si­nin öy­rə­nil­mə­si, öz­bək ədə­biy­ya­tı­na tə­si­ri və ədə­biy­yat­şü­nas­lı­ğın­da təd­qi­qi mə­sə­lə­lə­ri­nə xü­su­si önəm ver­miş­lər. Ad­la­rı çə­ki­lən öz­bək alim­lə­ri vax­ti­lə dok­tor­luq dis­ser­ta­si­ya­la­rı­nı Ni­za­mi ya­ra­dı­cı­lı­ğı kon­teks­tin­də el­mi-nə­zə­ri prob­le­mə həsr et­miş və Ba­kı­da – AMEA Ni­za­mi adı­na Ədə­biy­yat İns­ti­tu­tun­da mü­da­fiə et­miş­lər.

“Ni­za­mi elə bir mə­dən­dir ki, onun ya­ta­ğı Gən­cə­dir. Bu mə­də­nin qəl­bi in­ci ya­ta­ğı­dır. Fik­ri, ama­lı və xə­zi­nə­da­rı Ni­za­mi­dir. Onun di­li bu xə­zi­nə­dən in­ci­lər çı­xa­rır. …Azər­bay­can xal­qı­nı vəsf elə­mək mə­nim üçün çox çə­tin­dir. Çün­ki o hər cə­hət­dən ka­mal zir­və­lə­ri­nə çat­mış, ta­ri­xin sı­naq­la­rın­dan üzü­ağ və mə­tin çıx­mış əzə­mət­li bir xalq­dır. Bu xal­qın bə­dii dü­ha­sın­dan da­nış­maq is­tə­sək, bö­yük Ni­za­mi­nin dün­ya­şöh­rət­li “Xəm­sə”si­ni xa­tır­la­ma­lı­yıq. “Xəm­sə” – Azər­bay­can mö­cü­zə­si­dir. Sə­nə­tin və bə­dii­li­yin dün­ya ta­ri­xin­də ye­ni və par­laq mər­hə­lə­si­dir, bə­şə­riy­yə­tin şah əsə­ri­dir [5]. Aka­de­mik V. Za­hi­do­vun “Ni­za­mi Gən­cə­vi və öz­bək ədə­biy­ya­tı” mə­qa­lə­sin­dən gö­tür­dü­yü­müz bu fi­kir­lər ədə­bi fak­tor ki­mi də ədə­biy­yat­şü­nas­lı­ğı­mız­da qiy­mət­li­dir” [5].

Maq­sud Şeyx­za­də­nin ye­tiş­dir­mə­si olan fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor, öz­bək ali­mi Na­tan Mal­la­ye­vin “Ni­za­mi Gən­cə­vi­nin ir­si və onun tə­lim-tər­bi­yə­vi əhə­miy­yə­ti” ad­lı mo­noq­ra­fi­ya­sı [6] xü­su­si əhə­miy­yət kəsb edir. Bu mo­noq­ra­fi­ya­nın “əsas mə­ziy­yə­ti ilk mən­bə­lər, na­mə­lum qay­naq­lar əsa­sın­da ya­zıl­ma­sı­dır. Ki­tab Ni­za­mi­nin fəa­liy­yə­ti­nin və ədə­bi ir­si­nin təd­qi­qi ta­ri­xi, hə­ya­tı və ya­ra­dı­cı­lı­ğı böl­mə­lə­ri­ni özün­də bir­ləş­di­rən “Ni­za­mi Gən­cə­vi”, “Şai­rin li­ri­ka­sı”, “Xəm­sə” ədə­bi ir­si­nin dün­ya miq­ya­sın­da əhə­miy­yə­ti” və “Ni­za­mi ədə­bi ir­si­nin dün­ya miq­ya­sın­da əhə­miy­yə­ti” his­sə­lə­rin­dən iba­rət­dir. Bu his­sə­lər ara­sın­da qı­rıl­maz əla­qə var­dır” [7]. Ki­ta­bın ma­raq­lı cə­hət­lə­rin­dən bi­ri də odur ki, mü­əl­lif dün­ya xalq­la­rı­nın ədə­biy­yat­şü­nas­lı­ğın­da Ni­za­mi­nin təd­qiq ta­ri­xi­nə to­xu­nur və bu təd­qi­qat­la­rın əhə­miy­yə­ti­ni ay­dın­laş­dı­rır. “Əsər­də ən ma­raq­lı cə­hət­lər­dən bi­ri də bu­dur ki, gör­kəm­li alim Ni­za­mi ir­si­nin təd­qi­qat­çı­la­rı­na ye­ni səp­ki­də ya­na­şır, onun ədə­bi mək­tə­bi­ni da­vam et­dir­dik­lə­ri­nin sə­ciy­yə­vi əla­mət­lə­ri­ni açıb gös­tə­rir. Xos­rov Dəh­lə­vi­nin, Əb­dür­rəh­man Ca­mi­nin, Əli­şir Nə­vai­nin, Mə­həm­məd Fü­zu­li­nin, İohan Hö­te­nin və baş­qa­la­rı­nın Ni­za­mi ir­sin­dən nə məq­səd­lə is­ti­fa­də et­mə­lə­ri­ni təh­lil edir və bu “tə­lim-tər­bi­yə mək­tə­bi”nin çox­sa­hə­li, bə­şə­ri, dün­yə­vi ele­ment­lə­ri­ni bir sis­te­mə sa­lır… Ki­tab­da həm­çi­nin Öz­bə­kis­tan ədə­biy­yat­şü­nas­lı­ğın­da Ni­za­mi Gən­cə­vi ilə bağ­lı təd­qi­qat­lar təh­lil olu­nur, elə­cə də Ni­za­mi əsər­lə­ri­nin tər­cü­mə, təb­dil və nəşr prin­sip­lə­rin­dən bəhs edi­lir” [7].

Mə­həm­məd Əli “Ecaz­kar Gən­cə­vi” ad­lı araş­dır­ma­sın­da [2] Ni­za­mi­nin öz­bək ədə­biy­ya­tı­na tə­si­rin­dən bəhs et­miş, Ni­za­mi ir­si­nin təd­qi­qi­nin öz­bək ədə­biy­yat­şü­nas­lı­ğın­da xü­su­si ye­ri ol­du­ğu­nu bil­dir­miş­dir. Təd­qi­qat­çı öz fi­kir­lə­ri­ni üç as­pekt­də açıq­la­yır. İlk ola­raq, Ni­za­mi­nin no­va­tor­lu­ğun­dan söz açaraq onun nə­in­ki öz­bək xal­qı­na, bü­töv­lük­də türk dün­ya­sı­na do­ğur­du­ğu şə­fəq­dən, nur­dan bəhs edir, el­mi-nə­zə­ri ba­xış­la­rı ilə gəl­di­yi qə­naə­ti təs­diq­lə­mə­yə çalışır. İkin­ci­si, onun Şərq ədə­biy­yatı­na olan tə­si­rin­dən, bu tə­si­rin nə­ti­cə­si ola­raq ya­ra­nan “Xəm­sə”lər­dən, Ni­za­mi­nin mü­ra­ci­ət et­di­yi möv­zu­lar­da ya­ra­nan ye­ni əsər­lər­dən söz açır və on­la­rı ümu­mi­ləş­dir­mə müs­tə­vi­sin­də açıq­la­yır. Nə­ha­yət, Ni­za­mi alə­min­də, Şərq poe­zi­ya­sın­da ilk də­fə ola­raq in­san şəx­siy­yə­ti­nin bü­tün mə­nə­vi zən­gin­li­yi və par­laq­lı­ğı, zid­diy­yət­lə­ri, mü­zəf­fər yük­sə­li­şi və acı­na­caq­lı rə­za­lə­ti ilə gös­tə­ril­mə­si­ni şərh edir. Təd­qi­qat no­va­tor Ni­za­mi­nin dai­ma müa­si­ri ol­maq qə­naə­ti ilə ba­şa ça­tır.

Gör­kəm­li ədə­biy­yat xa­dim­lə­ri S.Er­ki­no­vun və M.Qə­ni­xa­no­vun “Ni­za­mi Gən­cə­vi” əsə­rin­də [8] da­hi şai­rin öz­bək el­mi-nə­zə­ri fik­rin­də tut­du­ğu möv­qe mü­əy­yən­ləş­di­ri­lir. Şai­rin öz­bək ədə­biy­ya­tı­na, ədə­biy­yat­şü­nas­lı­ğı­na olan tə­si­rin­dən, ümu­miy­yət­lə, öz­bək ədə­biy­ya­tın­da Ni­za­mi ənə­nə­lə­ri­ni da­vam et­di­rən sə­nət­kar­lar haq­qın­da ma­raq­lı mə­lu­mat ve­ri­lir.

Ədə­biy­yat­şü­nas H.Hə­mi­di­nin “Əs­ki Şərq dü­ha­la­rı” [9] iri­həcm­li ki­ta­bın­da da Ni­za­mi ənə­nə­lə­rin­dən ət­raf­lı söz açıl­mış­dır.

Ümu­miy­yət­lə, qeyd et­mək is­tə­yi­rəm ki, da­hi Ni­za­mi haq­qın­da öz­bək alim­lə­ri, təd­qi­qat­çı­la­rı xey­li say­da el­mi-nə­zə­ri mə­qa­lə­lər ya­za­raq, dərc et­dir­miş­lər.

Əsər­lə­ri­nin nəş­ri: Ni­za­mi Gən­cə­vi­nin əsər­lə­ri öz­bək oxu­cu­la­rı ara­sın­da qə­dim­dən bə­ri şöh­rət tap­mış­dır. Müa­sir döv­rü­müz­də də bu iş ənə­nə­vi ola­raq da­im da­vam et­di­ri­lir. Öz­bə­kis­tan döv­rü mət­bua­tın­da da Ni­za­mi Gən­cə­vi­nin qə­zəl­lə­ri, poe­ma­la­rın­dan par­ça­lar (“Yed­di gö­zəl”dən, “Ley­li və Məc­nun”dan, “Sir­lər xə­zi­nə­si”ndən, “İskəndər və ço­ban” və sa­ir əsər­lə­ri) dərc edil­miş­dir.

Ni­za­mi Gən­cə­vi­nin 800 il­li­yi ərə­fə­sin­də Öz­bə­kis­tan Döv­lət Nəş­riy­ya­tı 1947-ci il­də (Bö­yük Və­tən mü­ha­ri­bə­si­nin baş ver­mə­si ilə əla­qə­dar ola­raq yu­bi­ley nəş­ri son­ra­kı il­lər­də hə­ya­ta ke­çi­ril­miş­dir) şai­rin poe­ma­la­rın­dan par­ça­la­rı “Gül­dəs­tə” adı al­tın­da ay­rı­ca ki­tab [10] ha­lın­da çap et­miş­dir.

XIX yü­zil­li­yin ikin­ci ya­rı­sın­da bö­yük öz­bək şai­ri Mə­həm­məd Rza Aga­hi Xi­və xa­nı Fi­ru­zun si­fa­ri­şi ilə Ni­za­mi­nin “Yed­di gö­zəl” poe­ma­sı­nı nəsr­lə tər­cü­mə et­miş­dir. Öz­bək ədə­biy­yat­şü­na­sı Mə­həm­məd Əli hə­min əsə­rin Aga­hi­nin ye­ni nəşr olun­muş (təxm. 1988-ci il­də) dörd­cild­lik kül­li­ya­tı­na da­xil edil­di­yi­ni ya­zır [2].

1983-cü il­də Ni­za­mi­nin öz­bək­cə yüzmin­lik ti­raj­la ye­ni bir ki­ta­bı – “Se­çil­miş əsər­lə­ri” [11] nə­fis tər­ti­bat­da çap­dan çıx­mış­dır. Ki­ta­bın gi­riş his­sə­sin­də da­hi şai­rin ədə­bi şəx­siy­yə­ti və ir­si haq­qın­da el­mi-nə­zə­ri fi­kir­lər yer al­mış­dır. Ki­ta­bın şe­ir­lər – li­ri­ka his­sə­sin­də Ni­za­mi Gən­cə­vi­nin qə­zəl­lə­ri, rü­bai­lə­ri, qə­si­də­lə­ri, qi­tə­lə­ri, hik­mət­li söz­lə­ri, elə­cə də “Sir­lər xə­zi­nə­si”ndən, “Yed­di gö­zəl”dən par­ça­lar təq­dim olu­nur (tər­cü­mə­lər Şa­his­lam Şah­mə­həm­mə­do­vun­dur). Ki­ta­ba tər­cü­mə­çi, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, Fir­dov­si adı­na res­pub­li­ka mü­ka­fa­tı­nın lau­rea­tı, pro­fes­sor Ş.Şah­mə­həm­mə­dov mü­qəd­di­mə yaz­mış, ki­ta­bın so­nun­da izah­lı lü­ğət ver­miş, il­lüst­ra­si­ya­la­rın mən­bə­lə­ri­ni qeyd et­miş­dir [11].

“İn­ci­lər üm­ma­nı” ki­ta­bın­da [12] Ni­za­mi Gən­cə­vi­nin əsər­lə­rin­dən nü­mu­nə­lər nəşr edil­miş­dir.

2005-ci il­də Daş­kənd­də da­hi şai­rin iki əsə­ri ay­rı­ca ki­tab­ halında nəşr olun­du: “Ley­li və Məc­nun” və “Xos­rov və Şi­rin” əsər­lə­ri fars di­lin­dən öz­bək­cə­yə tər­cü­mə olu­na­raq ye­ni nə­sil oxu­cu­la­ra təq­dim olun­muş­dur [13; 14].

Öz­bək şai­ri Alim­can Bu­ri­yev 1991-ci il­də Ni­za­mi Gən­cə­vi­nin “Sir­lər xə­zi­nə­si”ndən “Çaq­qal və tül­kü” he­ka­yə­si­ni, 2005-ci il­də “Xos­rov və Şi­rin”, “Ley­li və Məc­nun”, 2013-cü il­də “Sir­lər xə­zi­nə­si” poe­ma­la­rı­nı, 2016-cı il­də isə Öz­bə­kis­tan­da­kı Hey­dər Əli­yev adı­na Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi­nin la­yi­hə­si əsa­sın­da Öz­bə­kis­tan ta­ri­xin­də ilk də­fə Ni­za­mi “Xəm­sə”si­ni tam hal­da öz­bək di­li­nə tər­cü­mə edə­rək bir ki­tab­da nəşr et­di­rib.

Xalq şai­ri, fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru, nə­zə­riy­yə­çi alim Ca­mal Ka­ma­lın tər­cü­mə­sin­də Ni­za­mi Gən­cə­vi­nin “Sir­lər xə­zi­nə­si”, “Ley­li və Məc­nun”, “İs­kən­dər­na­mə” poe­ma­la­rı Öz­bə­kis­tan­da­kı Hey­dər Əli­yev adı­na Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi­nin la­yi­hə­si əsa­sın­da ki­tab şək­lin­də nəşr olu­nub, ha­zır­da di­gər iki poe­ma da (“Xos­rov və Şi­rin” və “Yed­di gö­zəl”) çap­da­dır.

Daş­kənd Pe­da­qo­ji İns­ti­tu­tu Ni­za­mi­nin adı­nı da­şı­yır. Təd­qi­qat­çı Mə­həm­məd Əli ya­zır ki, bu, rəm­zi hal­dır – mü­əl­lim­lər ye­tiş­di­rən oca­ğa Şərq şa­ir­lə­ri mü­əl­li­mi­nin adı nə­sib ol­muş­dur. Öz­bə­kis­tan Əl­yaz­ma­lar İns­ti­tu­tu­nun zən­gin mu­ze­yi­nin ilk ota­ğı klas­sik us­tad Ni­za­mi­yə həsr olu­nub. Hət­ta Nə­vai əl­yaz­ma­sı­nı əl­də edən bu mu­zey­də­ki hə­min otaq­da Ni­za­mi­nin şək­li, əsər­lə­rin­dən il­lüs­tra­si­ya­lar, ilk “Xəm­sə” mü­əl­li­fi­nə həsr olu­nan tab­lo­lar, döy­mə iş­lə­ri, xal­ça, bə­dii ya­zı­lar, ki­tab vit­rin­lə­ri və baş­qa eks­po­nat­lar var­dır [2].

Azər­bay­can klas­sik ədə­biy­ya­tı­nın, ilk növ­bə­də, Ni­za­mi, Nə­si­mi, Fü­zu­li ki­mi bə­dii söz ba­ha­dır­la­rı­nın, öz­bək ədə­biy­ya­tı­nın tə­rəq­qi­si­nə və ye­ni-ye­ni ənə­nə­lər­lə zən­gin­ləş­mə­sin­də da­nıl­maz ro­lu və bö­yük tə­si­ri öz­bək ədə­biy­yat­şü­nas­la­rı, ya­zı­çı­la­rı və mətn­şü­nas­la­rı tə­rə­fin­dən də təd­qiq edil­miş­dir. Bu təd­qi­qat­çı­lar isə öz növ­bə­sin­də Azər­bay­can ədə­biy­ya­tı mü­tə­xəs­sis­lə­ri­nin təc­rü­bə­sin­dən is­ti­fa­də et­miş­lər və öz­bək ədə­biy­yat­şü­nas­lı­ğı­nın üfüq­lə­ri­ni xey­li ge­niş­lən­dir­miş­lər. Azər­bay­can­da nə­vai­şü­nas­lıq el­mi ay­rı­ca sa­hə ola­raq for­ma­laş­dı­ğı ki­mi, Öz­bə­kis­tan­da da ni­za­mi­şü­nas­lıq, nə­si­mi­şü­nas­lıq, fü­zu­li­şü­nas­lıq ənə­nə­lə­ri bö­yük vü­sət al­ma­ğa baş­la­mış­dır.

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az