sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Oktavio Pas – “İki bədən görüşəcək…”

03/10/2019 - 07:48
A A
Facebookda paylaş

Oktavio Pas (1914-1988) – Meksikalı şair, esseist, tərcüməçi. 1990-cu ildə Ədəbiyyat üzrə Nobel mükatına layiq görülüb.

 

 

İKİ BƏDƏN

 

İki bədən görüşəcək,

arabir gecənin okeanında

çağlayan dalğalartək.

 

İki bədən görüşəcək,

arabir köklər kimi –

gecəyə bitişəcək.

 

Amma bəzən iki bədən

ya bütün gecə səhra olar,

ya da iki soyuq daş.

 

Amma bəzən iki bədən

bütün gecə bıçaq olar,

bir də bıçaq parıltısı.

 

Və arabir iki bədən

bomboş qalmış səmada

sürüşən ulduz olar.

 

KÜÇƏ

 

Bu sonsuz küçədə səs-səmir yoxdur.

Büdrəyib yıxılıram qaranlıqda mən;

qalxanda tapdayıram heç özüm də bilmədən –

qupquru yarpaqları, dilsiz-dilsiz daşları.

Arxamda kimsə var, o da tapdayır:

Dayansam, duracaq, getsəm, gedəcək.

Çönüb baxıram ki, bir kimsə yoxdur.

Ətraf qaranlıqdır, çıxışı görmək olmur,

Kimsə yoxdur, mən isə fırlanıram, dönürəm,

amma sadiq dalanlar məni qaytarır yenə,

gizli-gizli kimisə izlədiyim o qaranlıq küçəyə.

O büdrəyir, yıxılır, qalxıb üzümə baxır,

Və sakitcə dillənir: “Heç kim yoxdur…”

 

Tərcümə: Qismət

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az