sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Orxan Pamuk – “Şəhlası”

02/07/2019 - 09:10
A A
Facebookda paylaş

Sim-sim.az Orxan Pamukun şeirlərini təqdim edir.

 

Zayı çıxdı hər şeyin, hər tərəfdə müsibət

Sağ olsun ki pusqudadır haqqısevən mətbuat

Qarşıdaki dağlar, sanki, köhnə bir qadın sifəti

Arxa cibimdə ağsaraylı sionizmin xisləti

Səhvə qurban gedərək ölən İspatari əfəndi

Alnımda xatirələri ilıq bir ittihad və tərəqqi

Soyuq vitrinlərdə Maksim Qorkitək bığlar

Göylərə yüksələn uşaq şarında çaşqın saqqallar

 

Əskik sözgəzdirənliyim şəhərin merinədir

nəşə xəbər aldı çarxıma çəkilməsi unudulan İsa:

“yox Müsyö, biz o yolun yolçusu deyilik”

Neçə şühbəli qismindəki iri banklar yoxuştan dığırlandı

 

Açıq etiraf edim, qanmadım Halit Ziya bəyi

Topqapılı tacirlər amerikalı fahişələrə doymadan

Qatar hər “Sirkəçi”yə çatandə gözöyrəşən bir miniatur dirək

Və Yustinian əyyamından qalma bəzək əşyası Aya Sofya

 

Ax, “qocalıq xəbərdarlığı” siqnalı xarab notariat və agentliklər

Əndişələrimdə südsatandan qabaq bir partizan gəlir

“Qalata”da yorğun müttəfiqlərin bitməyən sinfoniyaları

Və yollana bilmədiyim kəsik duduşlu Pera səmti

 

Kleopatra və Don Juanın özünütənqidləri çap olunub

Saqqallılar üçün əxlaq dərslikləri bukinistlərdə

Komitə üzvlərinin botinkaları sərgilərdə

Arxa-dayağımız sısqa avaralar qəlyanxanalarda

 

İki qızının saqqız çıxmış eşq məzmunlu nümunələri foto-romandır

Necə ki okean güclü proletariatdır

Qarşıdaki dağlar, sanki, köhnə bir qadın sifəti

Arxa cibimdə ağsaraylı sionizmin xisləti

 

mart, 1971

 

 

 

 

 

Şəhlası*

 

O çeşmələrdə azmı axtardım adımı

qını qanlı qılınclar qalalarda bağırırdı

bəllidir hər kəsə: ən böyük qəhrəman Şəhlasıdır

rəngsaz toxmaqçılar parçaları döyərək hamarlaşdırdı

Şəhlası solğun sifətli xaçpərəst qadınlara ürək yandırardı

Onun iyirmi üç apreldə xəstələndiyindən

“yavrukurt” barabanını çala bilməməyi də var

Zarafatcıl qəlpələrin vur-çatlasınıdır Şəhlası

Cəsədinin ölüsünə “ölüdür” desəm, hey baxardılar

Di gəl onunku bir idarəçilik idi. Ən tikansız iftiraları belə..

Deyirlər ki, Şəhlası mənmişəm.

 

*Şəhla – iri tünd-mavi göz. Bu şeirdə zənnimcə, M. K. Atatürk nəzərdə tutulur. Çünki onun sol gözü şəhlagöz idi, həmçinin, şeirdəki 23 aprel vurğusu və Pamukun burada daha çox yenilikçi sifətiylə çıxış etməsi bu qənaətə dəstək dura bilər. Təbii, yanlış qənaət də ola bilər – tərc.

Tərcümə etdi: Məhəmməd Tanhu

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az