sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: “Öz teatrını yarat” adlı panel keçiriləcək
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > “Öz teatrını yarat” adlı panel keçiriləcək

“Öz teatrını yarat” adlı panel keçiriləcək

Published 04/07/2024
Paylaş

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Nəsildən nəslə teatr” layihəsini təqdim edir.
“Nəsildən nəslə teatr” layihəsi çərçivəsində keçiriləcək tematik seminarın “Öz teatrını yarat” adlı ilk paneli 9 iyul 2024-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində baş tutacaq.
Panelin qonağı Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və bədii rəhbəri, Хalq artisti Bəxtiyar Xanızadə gənclərlə teatr işinin təşkilində sosial-iqtisadi və bədii-konseptual aspektlər, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalar və s.mövzularda fikir mübadiləsi aparacaq.
Seminarın keçirilməsində məqsəd nəsilllər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.
“Nəsildən nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.

🗓 Tarix: 09.07.2024
⏰ Saat: 14:00
🏛 Məkan: Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

#memim #memim2024 #NəsildənNəsləTeatr #BəxtiyarXanızadə
#özteatrınıyarat #mədəniyyət

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?