sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Pakistanın Müasir Dillər Universitetinin rektoru ADU-nun tələbələrinə mühazirə oxuyub

15/10/2021 - 13:00
A A
Facebookda paylaş

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetində Pakistanın Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər tələbələrə mühazirə oxuyub.

Görüşdə Pakistanın mədəni, siyasi, iqtisadi və hərbi gücündən qeyd olunub. Slayd şəklində tələbə və müəllimlərə Pakistanın coğrafi, strateji və beynəlxalq müstəvidə əhəmiyyətindən bəhs edən info-qrafika təqdim olunub. Paksitanın dünyada tutduğu mövqeyi, elmi nailiyyətlərdəki payı haqqında danışan rektor tarixi aspektdən bunun mexanizm və struktur bölmələrindən söz açıb.

Məhəmməd Cəfər öz növbəsində Azərbaycan və Pakistan arasındakı mövcud qardaşlıq münasibətlərindən bəhs edib, iki ölkənin bir-birini hər zaman dəstəklədiyini bildirib, eləcə də Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Rektor Müasir Dillər Universitetində Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılmasını və Azərbaycan Multikulturalizm fənninin növbəti semestrdən tədris edilməsi planını məmnunluqla qarşılayıb, Mərkəzin açılması ilə bağlı Universitet rəhbərliyi tərəfindən bütün lazımi köməkliyin göstəriləcəyini əminliklə ifadə edib.

Qonaq öz növbəsində Pakistana olan diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Azərbaycanlı tələbələrin Pakistana və digər xarici ölkələrə səfər etməsinə şərait yaradacağını qeyd edib. Rektor vurğulayıb ki, tələbə-müəllim mübadiləsi istiqamətində tədris proqramlarının icrası Pakistanla Azərbaycan arasında mədəni əlaqələrin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az