Sim-sim.az “The Guardian” qəzetinin məşhur mədəniyyət yazarı Piter Bredşovun Nuri Bilgə Ceylanın “Əhlət Ağacı” filmiylə bağlı yazını təqdim edir.
“Altın Palma” mükafatı almış türk rejissoru Nuri Bilgə Ceylan. Onun kədərli, gülməli, sərbəst strukturu olan filmləri. Və bənzərsiz, cazibədar stiliylə çəkdiyi, zərif, humanist, gözəl çəkilmiş, möhtəşəm “Əhlət ağacı” filmi.
Filmdə uşaqlığa və qəsəbəyə qayıtmağın sakit, əlverişli bir ünvan olması düşüncəsi, eləcə də hər ikisinə – həm uşaqlığa, həm də qəsəbəyə qayıtmağın acı-şirin tərəfləri göstərilib. Rejissor əvvəlki filmi “Qış yuxusu”nda olduğu kimi, Çexovun ruhuna nəzər salır, amma çexovyen yox, öz üslubunda.
Sinan universiteti bitirib ehtiraslı və narazı şəkildə doğub böyüdüyü kəndə qayıdır, amma işsizdir. Müəllim olmaq üçün imtahan verib-verməmək haqqında düşünür, qarşıda onu əsgərlik də gözləyir. O, keçmişdə baş verənlər ucbatından həm ailəsi, həm də kənddəki dostlarına görə özünü uğursuz, məyus hiss edir, eləcə gələcəkdəki hələ baş verməmiş uğursuzluqlarına görə də özünü günahkar bilir.
Sinan (Aydın Doğu Dəmirqol) böyüdüyü kəndə qarışıq hisslər içində qayıdıb. Əksər yazıçılarda olduğu kimi, o da evindən uzaq olanda evi möhtəşəm görünürdü, amma əslində orada olanda bütün əsəbləşdiyi, cəfəng hesab etdiyi şeyləri xatırlayır.
Sinan məmləkətiylə bağlı “Əhlət ağacı” adlı avtobioqrafik esse/memuar tipində bir bədii mətn yazacaq. Nuri Bilgə Ceylan film boyu bu metaforik temanı diri saxlayır: Uyğunlaşa bilməyən, Tənha və Biçimsiz.
Murat Cemcir tərəfidən mükəmməl şəkildə canlandırılan İdris (Sinanın atası) personajı gənclik cazibəsi və romantizmi olan bir adamdan yaşın gətirdikləri ilə boş bəyənatlardan vaz keçib tutumlu sözlər danışan adama təkamül edib.
İdris qəsəbədəki hamıdan borc alan qumarbazdır, onun bu asılılığı ailəsini yoxsul edib. Arvadı bank kartına və ödəniş planına yiyəlik edərək evi ayaqda saxlayır. İdris özünü inandırıb ki, evinin yanındakı balaca ərazidə su mənbəyi var, buna görə də hər həftə sonu quyu qazıb su axtarır.
Bu ərəfədə Sinan kitabının çapı üçün pul axtarır. Bir gün köhnə dostlarından bəzilərini görür, bunlardan ən vacibi isə yeniyetməlikdə aşiq olduğu, hələ də gözəl olan Xədicədir. (Hazar Ərgüçlü)
Möhtəşəm səhnələrin olduğu filmdə bəzi səhnələrdə qısa antolojik hekayələr var. Xədicə ilə qarşılaşmaları nəfəs kəsici şəkildə gözəldir, ruh halı və səslər mükəmməl idarə olunub. Xədicə onun cığallığını lağa qoyur. Sinan Xədicənin evliliyə meyilli düşüncələrinə əsəbləşir. Bu münasibətin filmin sonrakı səhnələrində olmaması üzücüdür.
Bir başqa möhtəşəm səhnədə isə Sinan məhşur bir yazıçı olan Süleyman (Sərxan Kəskin) ilə Çanaqqaladakı bir kitab evində rastlaşır və ondan tövsiyələrini, məsləhətlərini istəyir. Süleyman Sinanın ona qulaq asıb-asmadığını və ya deyəcəklərini qəbul edənə oxşamadığını görüb tərəddüdə düşsə də, ona bütün ədəbi qurumların təkəbbür və iki üzlülüyündən bəhs edir.
Amma Sinana bir başqa aldadıcı səhnədə simpatiya bəsləyə bilərik. Sinan bələdiyyə başqanı tərəfindən verilən xalqın pulunu kömək etmək istəyərkən batırır və yerli bir podratçının yanına gedir. Çünki deyilənə görə həmin adam çox yaxşı oxucudur və sənət layihələrinə himayədarlıq edir. Amma Sinan onun yanına gedəndə dəhşətli həqiqəti başa düşür. Podratçı ədəbiyyata sponsorluq etməyi fikirləşmir, üstəlik sadəcə bir neçə yerli tarix kitabını satıb alıb, çünki bələdiyyə başqanı ilə aralarında müqavilə var.
Nuri Bilgə Ceylan bu filmində iyirmili yaşlarımızın başlarında edilməsi tövsiyə olunan həyatın qumarını və problemlərini analiz edib.
Tərcümə: Qismət