sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Pol Osterin “4321” romanı Azərbaycan dilində – Yeni nəşr

09/10/2022 - 10:21
A A
Facebookda paylaş
Dünya şöhrətli yazıçı Pol Osterin “4321” romanı Azərbaycan dilində nəşr olunub.
“Qanun” Nəşrlər Evində işıq üzü görən kitabın təçüməçisi Yadigar Sadıqlıdır.
Romanı Arçi Ferquson adlı gəncin dörd müxtəlif həyatından bəhs edir. Xırda təsadüfləri
doğan və istiqamətləndirilən dörd paralel həyat… Hər birində müxtəlif sevgilər və dostluq-
lar, müxtəlif şəhərlər və məktəblər, müxtəlif ixtisaslar və məşğuliyyətlər, müxtəlif hadisələr və
onlardan doğan sevinc-kədər…
Əsərin qəhrəmanı qaradərili əhalinin hüquqları uğrunda mübarizənin, Vyetnam mühari-
bəsi əleyhinə hərəkatın, Kolumbiya universitetində tələbə etirazlarının və 1950-60-cı illərdə
ABŞ-da baş verən digər önəmli tarixi hadisələrin iştirakçısı və ya şahididir. Buna görə roman
Birləşmiş Ştatları daha yaxından tanımaq baxımından əhəmiyyətlidir.
Avtobioqrafik çalarların da yer aldığı əsərdə baş qəhrəmanın mənsub olduğu yəhudi xalqı-
nın dünyagörüşü, özəlliyi, adət və ənənələri də işıqlandırılır.
Orijinal düşünülmüş və bacarıqla qələmə alınmış “4321” romanı 2017-ci ildə Buker
mükafatının şort-listinə daxil edilib.
sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az