sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Prezident İlham Əliyev: “Biz yeni reallıq yaratmışıq, hesablaşın”

26/10/2020 - 13:33
A A
Facebookda paylaş

 

“Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Elə bil ki, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər. Yeni reallıqlar yaranıb, siz də reallıqlarla hesablaşmalısınız!”

 

Sim-sim.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, biz yeni bir reallıq yaratmışıq, indi hər kəs yeni reallıqla hesablaşmalıdır: “Amma biz nəyi görürük? Biz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda görün nələr baş verir? Azərbaycana nə qədər böyük təzyiq göstərirlər. Hər tərəfdən əl-ayağa düşdülər. Bəs nə oldu, 28 il belə süründürə-süründürə bu məsələni elə bil ki, həll edirdiniz! Gəlib getmək, orada, burada danışıqlar. Yığılmışıq boğaza bu danışıqlardan. Nə qədər bu düşmənlə danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyir ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Biz BMT Təhlükəsizlik  Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir, biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın. Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu. İndi bunların bütün fəaliyyəti Ermənistanı xilas etməkdir. Aqressoru, təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur bu fəaliyyət”.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az