sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Q.Q.Markesin ikicildlik “Seçilmiş əsərləri” nəşr olunub
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > Q.Q.Markesin ikicildlik “Seçilmiş əsərləri” nəşr olunub

Q.Q.Markesin ikicildlik “Seçilmiş əsərləri” nəşr olunub

Published 30/07/2021
Paylaş

 

150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti nəşr – dünya şöhrətli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

Kitabın “Hekayələr”, “Romanlar”, “Söhbətlər, müsahibələr” adlı fəsillərdən ibarət I cildinə yazıçının “Dünyanın ən gözəl ölüsü”, “İsabel Makondada yağışa baxır”, “Montyelin dul qadını”, “Üçüncü itaət”, “Süni qızılgüllər”, “Polkovnikə məktub yoxdur”, “Gəmidən dənizə düşən adamın tarixçəsi”, “Küskün gözəlçələrimi xatırlayıram” kimi məşhur roman və hekayələri, ədəbiyyat, sənət, həyat haqqında söhbət və müsahibələri daxil edilib.

İkinci cilddə yer almış “Patriarxın payızı” və “Gözlənilən bir qətlin tarixçəsi” romanları “Latın Amerikasının tənhalığından keçən dünyanın ən məşhur yazıçısı” adlı “Ön söz” və Venesuela yazıçısı Migel Otero Silva ilə Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanı haqqında düşüncələri ilə təqdim olunub.

Əsərləri Azərbaycan dilinə – İshaq İbrahimov, Afaq Məsud, Natiq Səfərov, Arif Əmrahoğlu, Saday Budaqlı və digər tanınmış yazıçı və tərcüməçilər çevirib.

Kitabın redaktoru Bəhlul Abbasov, izah və qeydlərin müəllifi Mahir N.Qarayevdir.

 

azertag.az

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?