sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi

“Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi

Published 02/10/2020
Paylaş
İnsan qəlbinin ən böyük nəğməsi Vətəndir. Əbəs yerə deyilməyib ki, Ana kimi yar olmaz, Vətən kimi diyar… Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Vətən oğullarının qələbəyə doğru irəlilədiyi bu günlərdə yetişən nəsildə Vətənə, torpağa, el-obaya sevgi, məhəbbət hissini aşılamaq məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi elan edir.
 Muzeydən AZƏRTAC-a bildirilib ki, müsabiqə Azərbaycanın dilbər guşəsi, sənət beşiyi, istedadlar diyarı, alim, yazıçı, şair, rəssam və musiqiçilərin vətəni – Qarabağa həsr olunub.
 
 Müsabiqədə məktəblilər yaradıcı təxəyyüllərinə incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq, xalça, bədii şüşə və tikmə, ağac üzərində oyma, batika növlərində həyat verəcəklər.
 Qəlbi Vətən qələbəsi, eşqi ilə çırpınan bütün məktəblilər, uzun illər həsrətində olduğumuz Vətən torpağının səfalı yaylaqlarını, gözoxşayan ormanlarını, vüqarlı dağlarını və şairanə təbiətini vəsf etməyə, müzəffər ordumuzun şanlı Qələbəsini, ərənlərin döyüşçü ruhunu təcəssüm etdirən əsərlər yaratmalıdırlar.
 Müsabiqəyə göndəriləcək əsərlər saytda dərc olunacaq. İzləyicilərin rəyləri də nəzərə alınmaqla, münsiflər heyyəti müsabiqə iştirakçılarını sadalanan incəsənət növlərində 8 nominasiya üzrə qiymətləndirəcək.
Qaliblər Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək mərasimdə elan olunacaq, onlara diplom və digər hədiyyələr təqdim ediləcək.
 Müsabiqə oktyabrın 5-dən noyabrın 5-dək davam edəcək.
 Qeyd edək ki, əsərlər oktyabrın 31-dək [email protected] ünvanına “müsabiqə üçün” qeydi ilə göndərilməlidir.
Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?