sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“QAZAX NƏSRİ” antologiyası nəşr edilib

30/06/2022 - 13:29
A A
Facebookda paylaş

“QAZAX NƏSRİ” ANTOLOGİYASI NƏŞR EDİLİB

 

İyulun 2-də iki qardaş ölkə – Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30 ili tamam olur. “Qanun” nəşriyyatında çapdan çıxan 608 səhifəlik “Qazax nəsri” antologiyası da bu əlamətdar hadisəyə həsr olunub. Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə işıq üzü görən antologiyanın tərcüməçisi və tərtibçisi Nəriman Əbdülrəhmanlı, redaktoru isə Mahir Qarayevdir.

Azərbaycan oxucularına təqdim edilən “Qazax nəsri” antologiyası xalqlarımız və ədəbiyyatlarımız arasındakı əlaqələri daha da möhkəmləndirmək yolunda atdığımız addımlardan biridir. Antologiyaya böyük Abaydan başlamış 2000-ci illərdə ədəbiyyata gələn gənc ədəbi nəslin mümayəndələrinədək 54 yazıçının yaradıcılığından seçmə nümunələr daxil edilib. Abayın “Qara söz”ündən parçalar, Şakərimin pritçaları, qüdrətli söz ustası Muxtar Auezov ilə yanaşı, Abiş Kekilbayev, Muxtar Mağauin, Kabdeş Jumadilov, Kalixan İskakov, Saken Junusov, Akim Tarazi, Sain Muratbekov, Dulat İsabekov, Oralxan Bökey, Dukenbay Dosjanov, Sətimjan Sanbayev, Rollan Seysenbayev, eyni zamanda, qazax nəsrinin müstəqillik dövrü nümayəndələrinin əsərləri Azərbaycan oxucusunun mənəvi aləminin zənginləşməsində sanballı rol oynayacaq.

Müəlliflər haqqında dolğun bioqrafik məlumatların təqdim olunması isə antologiyanın sanbalını daha da artırır. Onu da qeyd edək ki, oxucular antologiyadakı yazıçıların əksəriyyətinin yadadıcılığı ilə ilk dəfə tanış olmaq fürsəti qazanacaqlar.

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Serjan Abdıkərimovun təşəbbüsü ilə araya-ərsəyə gələn bu antologiyadakı əsərlər Azərbaycan oxucularının əlindən tutub qardaş qazax xalqının qüdrətli ruhuna, zəngin mədəniyyətinə, zərif dünyaduyumuna çox maraqlı və sehirli səyahətə çıxaracaq.

“Qazax nəsri” antologiyası oxuxulara iyul ayında təqdim olunacaq.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az