sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Qorxmaz Quliyevə təbrik məktubu – Kamal Abdulla

10/07/2021 - 09:48
A A
Facebookda paylaş

 

Görkəmli elm xadimi, professor Qorxmaz Quliyev 80 illik yubileyini qeyd edir.

Sim-sim.az bu münasibətlə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təbrikini təqdim edir.  

Hörmətli Qorxmaz müəllim!

Sizi 80 illik yubileyiniz münasibəti ilə öz adımdan və doğma Azərbaycan Dillər Universitetinin kollektivi adından ürəkdən təbrik edirəm.

Siz Azərbaycan elminin çox görkəmli nümayəndələrindən birisiniz. Sizin ədəbiyyat, mədəniyyətşünaslıq, fəlsəfə ilə bağlı tədqiqata cəlb etdiyiniz məqamlar bu elm sahələri üçün son dərəcə qiymətlidir. Ən önəmlisi odur ki, zəngin bilik potensialınızı daim tələbələrlə, gənc alimlərlə  bölüşür və onların formalaşmasında xüsusi rol oynayırsınız. Bunun üçün Sizə minnətdar olanların sayı da gündən günə artır.

Azərbaycan Dillər Universitetinin həm gənc, həm orta yaşlı alimləri Sizin zəngin elmi potensialınızdan həmişə istifadə ediblər. İnanıram ki, bundan sonra da səmərəli istifadə edəcəklər. Sizə uzun ömür, cansağlığı, elm yolunda fədakar xidmətinizi bundan sonra da davam etdirməyinizi arzu edirəm.

Yubiley yaşınız mübarək!

Dostunuz Kamal Abdulla 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az