sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Rəşad Məcid. “RəybəRəy” kanalı haqqında rəy
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > esse > Rəşad Məcid. “RəybəRəy” kanalı haqqında rəy

Rəşad Məcid. “RəybəRəy” kanalı haqqında rəy

Published 03/07/2023
Paylaş

Bayram tətili günlərində, adətən, həm gündəlik işlərdən macal olur, həm də beyində, az da olsa, bir rahatlıq yaranır. Bu da çoxdan planlaşdırılan kitabları oxumağa, diqqət çəkən verilişlərə baxmağa imkan verir. Bu dəfə də belə oldu.

Haqqında öncədən yayılan anonslardan Yutubdakı “Rəybərəy” kanalının uğurlu layihə olacağını təxmin etmişdim. Amma bir qədər əvvəl Qismətin həmin kanalda Ceyms Coysla bağlı söhbətini dinlədim və doğrusu, həm təxminimdə yanılmadığım üçün məmnun oldum, həm də kanalda sərgilənən yüksək zövqə, peşəkarlığa görə çox sevindim.

“Rəybərəy” kanalını, orada yayımlanan dəyərli verilişləri son zamanlar bu sahədə baş alıb gedən zövqsüzlüyə qarşı çarələrdən biri kimi görürəm. Belə maraqlı, sanballı və gərəkli layihələr düşük şou meyllərinin, get-gedə kütləviləşən səviyyəsizliyin yaratdığı dərin məyusluqdan çıxış yoludur.

Məncə, ədəbiyyata, sənətə “Rəybərəy”də olduğu kimi ciddi, peşəkar münasibət indi hər zamankından daha vacibdir. Çünki belə münasibət bu sahəyə ötəri əyləncə, asanlıqla məşhurlaşmaq meydanı kimi baxanları, xüsusən də qrafomanları, istedadsız, biliksiz həvəskarları qorxudub çəkindirəcək gücdədir.

“Rəybərəy”də, konkret olaraq, Qismətin timsalında üstün səviyyənin, bilgi dərinliyinin bütün dayazlıqlara, yüngüllüklərə meydan oxuduğuna böyük məmnunluqla şahid oldum və bundan qürur duydum.

Qismət bu proqramda özünəməxsus təmkin və rahatlıqla danışır, mövzuya dair bilgi və düşüncələrini səxavətlə, həvəslə paylaşır. Dünya ədəbiyyatının nəhəng simalarından olan Ceyms Coysun yaradıcılığının, xüsusən “Uliss” əsərinin təqdimatını və şərhini Azərbaycan oxucusuna, ədəbiyyatsevərlərə professionallıqla çatdırır.

Düşünürəm ki, “Rəybərəy”çilərin ortaya qoyduqları yüksək səviyyəli iş bizə başucalığı gətirir və buna görə də çox sağ olsunlar!

“Rəybərəy”in yaradıcı heyətini və şəxsən Qisməti ürəkdən təbrik edir, onlara dərin təşəkkürümü bildirirəm. Yeni uğurlar!

“Rəybərəy” kanalına keçid üçün: https://youtube.com/@Reyberey

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?