sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Robert Bressonun gündəliyindən seçmələr

16/10/2019 - 06:55
A A
Facebookda paylaş

Robert Bressonun gündəliyindən seçmələr

 

(1950-1958)

Üst-üstə yığılmış səhvlərdən, saxtalıqlardan qurtulmaq. İmkanlarımı tanımaq, imkanlarıma inanmaq.

İmkanlarım artdıqca, onlardan yaxşı istifadə etmək gücüm azalır.

Təkcə icraçı kimi davranmamaq. Hər çəkilişdə xəyalımdakı şeyə yeni dadlar qatmaq. O anda tapmaq (yenidən tapmaq)

İkinci cür film var: teatrın imkanlarından (aktyorlar, səhnələr və s.) faydalanan və kameradan çoxaltma aləti kimi istifadə edən filmlər; kinematoqrafiyanın imkanlarından faydalanan və kameradan yaratma vasitəsi kimi istifadə edən filmlər.

Kinematoqrafiya hərəkətli obrazlardan və səslərdən ibarət yazıdır.

Kinematoqrafda aktyor xarici ölkəyə gəlmiş kimidir. Oranın dilində danışmır.

…təbiilikdən vaz keçmədən təbiətdən vaz keçmək. (Şatobriyan)

X-in filmi göstərilərkən yüksələn alqışlar. Qarşısı alınmaz “teatr” duyğusu.

Adamların və əşyaların ortaq əsrarı.

Filmində ruh və ürək hiss edilsin, amma sənin əllərinlə yaradılmış olsun.

Kamerası qaçan, uçan X-in filminin hərəkətsizliyi.

Hislər hadisələri yaratmalıdır, hadisələr hisləri yox.

Balıqları tutmaq üçün hovuzu boşaltmaq.

Aktyor üçün kamera tamaşaçının gözüdür.

 

(1960-1974)

Tilov atıb gözləyən balıqçı kimi nə tutacağını bilmədən gözlə. (Məchul bir yerdən gələn balıq)

Telefon. Səsi onu görünən edir.

Bülbül həmişə eyni nəğməni oxuduğu üçünmü ona bu qədər heyranıq?

Tamaşaçı nə istədiyini bilməz. Sən öz istədiklərini, zövqlərini qəbul etdir ona.

Sezan deyir: “Hər fırça zərbəsində həyatımı təhlükəyə atıram.”

ELƏ ET Kİ, SƏNƏ İNANSINLAR.  Dante sürgündə olduğu Verona şəhərinin küçələrində gəzirşərkən insanlar onu göstərib bir-birinin qulağına pıçıldayırmış ki, istədiyi vaxt cəhənnəmə gedib ordan xəbərlər gətirə bilir.

Tərcümə: Qismət

 

 

 

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az