sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
No Result
Bütün nəticələr
sim-sim

Şəhriyar Del Gerani – “…əllərin elə yoxdu ki…”

Facebookda paylaş

Gər çi gör üzü…m üstə yağışları,

dizi…m üstə gəlib sənə bağışlanam.

Gər bilmənəm savabı nəydi, suçları –

düzüb gedib gözü…m üstə baxışların.

Ömür keçir səni itirməy ilən…

 

Elə tutardım əllərin,

əllərin elə yoxdu ki.

Elə öpərdim saçların,

saçların elə yoxdu ki.

Gözümü yumub sayıram gizlənəsən laaa…p uzağda,

Dil gəl, gedən ömürdəndi, Allahda elə gün yoxdu

Ki, ömürdən sayılmasın…

 

Gər çi gör necə çevrilir yağış dəniz üzünə,

Ay bu gözəlim yağışda balıqlar da islanar.

Sən – bu yağışlı gecədə yuxusuna girdiyim qız

yuxunu suya düz danış, sular yalan götürməz!

İlahi, heç bir balıq tilovuna yubanmasın…

 

Yubanmasın balıqdısa, uşaqdı,

qaçıb gəlib ayağına, uşaqdı

dizin bilib al qoynuna, uşaqdı

süd dişinə sap bağlayan uşaqdı

qorxur ağrısınnan səni itirməyinin…

 

Qamışınnan ayrı düşən ney ahım,

balıqların duasıdı sabahım.

Məni elə bağışla ki, bilinməsin günahım,

ay sənə and verirəm

alnımın açıq yerinnən, üzümün ağ yerinnən…

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

sim-sim

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam

Əlaqə

+994505147488
omar.mazanov@gmail.com

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az