sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Şəhriyar del Gerani – “Gecəniz şeirə” – YENİ KİTAB
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Xəbər > Şəhriyar del Gerani – “Gecəniz şeirə” – YENİ KİTAB

Şəhriyar del Gerani – “Gecəniz şeirə” – YENİ KİTAB

Published 26/09/2019
Paylaş

Son illərin ən parlaq imzalarından olan şair Şəhriyar Del Geraninin “Gecəniz şeirə” şeirlər kitabı çapdan çıxıb.

Kulis.az- ın verdiyi xəbərə görə, kitabda 33 yeni şeir toplanıb. Müəllifin ilk şeirlər kitabı olan “Darıxmağın adı”ndan isə oxucuların ən çox sevdiyi, məşhur 12 şeir seçilib. Kitabda ümumilikdə 45 şeir yer alıb. Bu vaxtacan heç yerdə çap olunmamış şeirlər də var.

Kitab mağazalarda satışda olmayacaq, yalnız imza və təqdimat günləri satışa çıxarılacaq. Kitabın satış qiyməti şəhərlərdə 5 manat, rayon və kəndlərdə 3 manat nəzərdə tutulub.

Qeyd edək ki, ilk tirajı Dövlət Tərcümə Mərkəzi “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində nəşr edib.

Müəllifin bildirdiyinə görə, kitab uğurlu qarşılanarsa, növbəti tiraj öz hesabına 10 min nüsxə çıxacaq. Kitabdakı yeni 33 şeirin hamısı bir qadına yazılıb.

“Gecəniz şeirə” müəllifin sonuncu şeirlər kitabıdır. Bundan sonra o, şeirlər kitabı çap etdirməyəcək.

Həmçinin, “Gecəniz şeirə” kitabı “Kitab otağı” layihəsi çərçivəsində yayımlanacaq ilk kitabdır. “Kitab otağı” layihəsi bütün ölkəni əhatə edəcək müəllif marafonudur. Bu layihədən çap olunacaq müəlliflər öz kitablarıyla Azərbaycanın ən ucqar kəndlərinə, rayonlarına səyahət edib oxucuların qarşısına çıxacaqlar.

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link
Leave a comment

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?