sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
No Result
Bütün nəticələr
sim-sim

Səxavət Sahilin “Nar ağacının nəğmələri” adlı şeirlər kitabı çap olunub

Facebookda paylaş

Azərbaycan Yazıçılar Birliyi ilə “Ulduz” jurnalının birgə layihəsi olan “Ulduzlu nəşrlər” seriyasından gənc yazar Səxavət Sahilin “Nar ağacının nəğmələri” adlı şeirlər kitabı çap olunub.

“Sim-sim” xəbər verir ki, kitabda müəllifin nar silsiləsindən olan şeirləri toplanıb. 

Hər bir şeirdə nar və onun nəsnələri müxtəlif formada əksini tapıb. Misralarda öz “qabığından” çıxaraq maddi və qeyri-maddi obrazlara köçən nar, çiçəklər, budaqlar, dənələr bəzən də şərab kimi cilddən-cildə düşərək ayrı-ayrı biçimdə təzahür edir, insanın, təbiətin və dünyanın rəmzi kimi çoxmənalı ifadələrə çevrilir.

“Təhsil” nəşriyyatı çap olunub kitabın redaktoru Rəbiqə Nazimqızı, “Ulduzlu nəşrlər” layihəsinin rəhbəri Qulu Ağsəsdir.

Kitab müəllifin sayca 3-cü kitabıdır, bunda əvvəl onun “Hər zaman və heç vaxt” şeirlər və “İsanın qadını” romanı çap olunub. “Nar ağacının nəğmələri” kitabını “Ulduz” jurnalının noyabr sayı ilə birlikdə köşklərdən əldə etmək olar.

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

sim-sim

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam

Əlaqə

+994505147488
omar.mazanov@gmail.com

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az