sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Şahin Cavadsoy: “Şəhər necə təmiz idi, süpürgəçi əlləri isə kirli…” – Gənc şairdən yeni şeirlər
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Şahin Cavadsoy: “Şəhər necə təmiz idi, süpürgəçi əlləri isə kirli…” – Gənc şairdən yeni şeirlər

Şahin Cavadsoy: “Şəhər necə təmiz idi, süpürgəçi əlləri isə kirli…” – Gənc şairdən yeni şeirlər

Published 27/01/2022
Paylaş

 

Kitab təqdimatı olan şairin

təqdimat günündə yazdığı şeir kimiyəm.

Bəlkə də, ən yaxşı mən idim

Amma kitaba düşən, oxunan başqaları…

 

Şəhər necə də təmiz idi,

Süpürgəçi əlləri isə kirli olmuşdu.

Necə də fərqli mənzərə idi,

Təsir, əks-təsirə heç vaxt bu qədər bərabər olmamışdı.

 

Əsas sağ olaydın, fərqi yox necə;

Ya xəstə olaydın, ya da yarımcan.

Dünyada nə qədər qəbir vardısa,

Öldüm hamısında, ayıl anacan.

***

Ac olanda çörək qırıntısı da çörəkdi, bərəkətdi,

Bilirsən, adam

Çörəklər yenə incimirlər

ehtiyac olmayanda onlara qırıntı deməyimizdən.

Belə olma adam, belə olma

bəlkə bu dünyada artıq bildiyin adamlar

bir gün gələr yamaq olar sənə, adam

Eşidirsən?

***

İçimdə qısılıb küncdə qalmısan

Ölərsən! İçimi çəksəm, ağlasam

Sıxılıb, qəhərli boğazım altdan,

Ağzımdan ağı tək çıxıb qaçarsan…

 

Səni öldürəcəm öz ürəyimdə

Mən cəllad əmiyəm, sözüm-Qılıncım

Bir mıx da olacaq divarım üstə

Şəklin-cəsədindi. Mıx-dar ağacı.

 

***

Nə olsun günəşəm, amma qızmar yox

Nə olsun yağışam, amma leysan yox

Fəqət hamı narazıydı məndən

Əslində özüm isitmirdim

sərinkeşi olmayan evləri

Əslində özüm yağmırdım

evi damanlar üçün

Bunu heç kəs bilmədi…

 

Allah, necə dadlıdı

Zindandakı çörəklər

Fəqət, parça-parçadır

Azadlıqda ürəklər.

 

***

 

Sığındım burda bir yerə

Sən gedəli ev küncüyəm

Mən tərk edilmiş bir evə

yuva hörən hörümçəyəm

 

Qəlbim dolu, küskün dilim

Danışmağa yox təhərim

Səndən sonra gedənlərim

gələnlərimdən çox olub

 

Hamı gedir, bircə-bircə

Qapı genişdir beləcə

Ayağımdan bezən küçə

məni “Azıb” və yox olub

 

Duam az, çox şükürlərim

Dirilir ölən qüvvətim

Şükür, doğan ümidlərim

Ölənlərimdən çox olub

 

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?