sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
No Result
Bütün nəticələr
sim-sim

ŞAİRLƏR XOŞBƏXT OLMUR – Orxan Behbid

Facebookda paylaş

ŞAİRLƏR XOŞBƏXT OLMUR

20 qəpiyə xoşbəxtlik paylayan
bədbəxt dilənçidən
xoşbəxtlik gözləyər
bəzən insan.
Tapsa,
bəlkə də, xoşbəxt olar,
ona gələn şablon mesajları göndərməkçün

10 adam gəzən insan.
Uşaqlara hədiyyə gətirən
şaxtababa kimi xoşbəxt olar,
sevinər.
Əlinə bir yumurta veriləndə
gec qaldığın hiss edər.
Xoşbəxtlik quşu belə
ömrünə payız gələn kim
isti ömürlərə gedər…
Eh, şairlər, deyəsən, xoşbəxt olmur.
Bəlkə də,
Moşu da heç xoşbəxtliyə qafiyə gəzmirdi,
o da sadəcə öz xoşbəxtliyin gəzirdi…

 

       İNSAN OBRAZI

“Olum”un başına dörd güllə vurub,
öldürdük,
adınısa “ölüm” qoyduq güclə,
ağladıq.
Həmin dürd güllə yeri dörd göz oldu,
sabah nə olacağın görməyən kor oluma.
Qaçıb gizlənə bilmədik gözlərindən biz ölümün,
bizi tapdı o gözlərlə.
Ancaq bir az gec tapdı.
Həyatda ən böyük ayrılığı yaşatdı,
bizə olum.
Qalan bütün həsrətlər də sanki onu unutmaqçündü,
vüsallarsa Tanrıyla görüşə bir hazırlıqdı.
Ən şirin vüsalın dadınısa heç kəs deyə bilmədi.
Əl boyda bir körpə bədəninə yerləşən ruhumsa
cismim böyüdükcə sıxılmağa başladı.
Acılar gözlərimi yaşartdıqca
ağladım,
göz yaşlarım həyatımı islatdıqca
arzularım sürüşərək yıxılmağa başladı.
Sıxıldım bu insan obrazın oynamaqdan…
Kaş yer qaça ayaqlarımın altından,
bir qüvvə olmaya
məni burada saxlayan,
qalxam ta göylərə,

qurtulam bu dünyandan…

Yaratdığın körpəni

hər gün bir az da böyütdün,mm

böyütdün

ağrılarım artdı.

Mən ağırlaşdıqca

bu ip də boğazımı kəsdi.

İlahi, ipimi qır

Asılı qaldım bəsdi!

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

sim-sim

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam

Əlaqə

+994505147488
omar.mazanov@gmail.com

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Simsim+
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az