sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqə keçirilib

23/05/2023 - 18:24
A A
Facebookda paylaş

Sankt-Peterburqda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqə keçirilib.

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Çinar” Milli Mədəni Mərkəzinin təşəbbüsü ilə layihə həyata keçirilib.

Layihə çərçivəsində soydaşlarımız etno-imla yazmaqla birinci yer uğrunda yarışıblar. Layihənin rəhbəri, “Çinar” MMM-nin sədr müavini, filoloq Ulviyyə Abbasovanin verdiyi məlumata görə, layihə iki əlamətdar gün – 28 May Respublika gününə və mərhum öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Layihənin məqsədi Rusiyada yaşayan soydaşlarımız arasında hər iki əlamətdar günü birlikdə qeyd etmək, ana dilimizin azyaşlı soydaşlarımız tərəfindən unudulmamasına xidmət etməkdir.

“Əslində imlanı uşaqlarımız arasında keçirməyi nəzərdə tuturduq. Sevindirici haldir ki, elan verildikdən sonra qeydiyyatdan uşaqlarımızla yanaşı, böyuklər də kecdi və cox maraqla iştirak etdilər”- deyə qeyd edən Ü. Abbasova bu cür layihələrin davamlı olacağını vurğulayıb.

Müsabiqənin nəticələrini filoloq soydaşlarımız qiymətləndirib və iki kateqoriyada ilk üç yerin qaliblərini müəyyənləşdiriblər. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az