sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: “Sevgili Liv…” – İnqmar Berqman
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > kino & teatr > “Sevgili Liv…” – İnqmar Berqman

“Sevgili Liv…” – İnqmar Berqman

Published 17/08/2020
Paylaş

Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə doğulub. Məktəbi bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveç şəhərinə köçür.

Aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən “Roqaland” teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olur və  onu  “Persona” filminə dəvət edir. Həddindən artıq utancaq və sadə xasiyyətli Liv İnqmar Berqmanın bu təklifi ilə razılaşır.

Həmin vaxt Livin iyirmi beş Berqmanın isə qırx altı yaşı vardı.

“Persona” filminin çəkilişləri vaxtı onlar bir-birlərinə aşiq olurlar. Liv daha gənc olduğundan hislərini daha tez biruzə verir. Xatirələrində hər səhər göz yaşları içərisində ayılıb çəkilişə getdiyini deyən Ulman rejissorun da ona biganə qalmadığını qeyd edir: “Çəkiliş arası fasilələrdə  mən həmişə bir kənara çəkilib kitab oxuyurdum. Hərdənbir  fürsətdən istifadə edib onlara baxırdım və  Berqmanın  davamlı mənə  baxdığını görürdüm. Bu xoşuma gəlirdi.”

Rejissor isə Livə yazdığı məktublarının birində məhəbbətini belə izhar edir: “Sevgili Liv, hər yerdə varsan. Pəncərədən süzülən işıqda, yataqda, stulda, hamamın qapısında…  Səni şüşə divarın arxasından görmək mənə cəhnənnəm əzabı yaşadır. Mənimlə bir əlaqə yaratmağın üçün dua edirəm. Bütün qəlbim səni arzulayır. Qadınlığınla, şəfqətinlə  qucaqla məni.”

“Persona” filminin çəkilişləri bitən kimi Liv Norveçə  dönür. Onu bu addımı atmağa aradakı yaş fərqini və Berqmana daha çox bağlanma qorxusu vadar edir. Berqman isə firkiləşmədən bir neçə gün sonra Ulmanın ardınca Norveçə gedir. Onu tanıyan bir neçə yaxın adamdan və ən yaxın rəfiqəsi Bibi Andersondan Livi xəbər alıb, onun yaşadığı evə gəlir və aktrisaya məhəbbətini bildirib onunla birlikdə yaşamasını xahiş edir.

Lakin həmin vaxtı onlar hər ikisi ailəli idilər. Liv isə Berqmandan uşaq gözləyirdi. Aktrisa qeyri-münasibətini ərinə açıqlamağa ürək etmir. Bu barədə anası qədər sevdiyi qaynanasına məktub yazıb ərinin evini tərk edir.

Berqman onu ilk dəfə tanış olduqları Baltik dənizinin sahilində yerləşən Forye adasına gətirir. Orada isə Livi inanmayacağı bir sürpriz qarşlıayır. Berqman onların birgə yaşayacağı evi məhz həmin adada inşa etdirir. Onlar qanuni nikaha girməsələr də həmin gündən etibarən birlikdə yaşamağa başlayırlar.

Günün çox hissəsini öz otağında ssenarilərini yazmaqla, kitab oxumaqla keçirən Berqman Livə qarşı çox qısqanc və tələbkar olur. Evə heç kimi qonaq qəbul etməməyi və onun icazəsi olmadan harasa getməyi aktrisaya qadağan edir. Bir müddət sonra aktrisa analıq səadətini yaşayır. 1966-cı ildə onların Linn adlı qızları dünyaya gəlir. Lakin qızlarının olması belə onların ailəsindəki söz-söhbəti azaltmır. Əksinə rejissor hər gün daha çox qısqanc və dözülməz olmağa başlayır. O, Livi ətrafda olan hər kəsə qısqanır, onu evdən bayıra buraxmır, çəkilişlər zamanı isə aktrisaya olmazın əziyyətlər verməyə başlayır. Ulmanın sadə və həlim xasiyyəti ailəsində baş verənləri sakitliklə qarşılamağa məcbur edir. Lakin vəziyyət getdikcə dözülməz həddə çatır. İnqmar və Liv ayrılmağa qərar verirlər. Aktrisa qızının və özünün əşyalarını yığıb evi tərk edərək Norveçə ailəsinin yanına yola düşür. Və teatrda işə düzəlir.

 

Ara sıra aktrisaya məktub yazan İnqmar bir məktubunda belə yazır: “Liv, indi bu ayrılığın nə qədər lazımlı olduğunu anlayıram. Əks halda bir-birimizi oda atmış olacaqdıq. Və biz hələ də yaşamağı bacara bilərik.  Daim  fiziki və mənəvi ağrı duyuram. Sən məni başa düşürsən. Səni sevirəm. Mənim kiçik, sevgili dostum.”

Berqmanla ayrılığı həzm edə bilməyən aktrisa özünü bütünlüklə teatrdakı işinə həsr edir. Elə həmin ərəfədə Liv Hollivudda filmə çəkilmək üçün yaxşı təkliflər alır. Tezliklə Hollivuda gedən aktrisa gözlənilməz tamaşaçı sevgisi ilə rastlaşır. Ard-arda dörd filmə çəkilən Liv xeyli teleşouların, proqramların qonağı olur. Elə həmin dövrdə onun “Dəyişikliklər” adlı avtobioqrafik kitabı çap olunur. Aktrisa kitaba uşaqlıq, gənclik illərindən bəhs edən xatirələrini daxil edir. Həmçinin çəkildiyi filmlərdə baş verən maraqlı əhvalatları, İnqmarla olan bərabərlikləri zaman yaşananları da qeyd etməyi unutmur. Gündən-günə məşhurlaşan aktrisa tezliklə digər məşhur rejissolardan və Berqmandan iş təklifləri almağa başlayır.

Aktrisa ilə Berqmanın ailə həyatı müvəffəqiyyətsiz olsa da, onların dostluğu və işbirliyi  uzunmüddətli olur. Belə ki,  sonralar ona məşhurluq gətirən ən yaxşı rollarını İnqmar Berqmanın filmlərində yaradır. “Canavar vaxtı”, “Qorxu”, “Pıçıltı və qışqırıq”, “Payız sonatası”, “Sarabanda” kimi filmlərə çəkilən aktrisa 90-cı illərin əvvəlində özünü rejissor kimi də sınayır və  altı film çəkir.

Heç vaxt ailə həyatı qurmayan aktrisanın adı həm də rus rejissoru Andrey Konçalovski ilə hallanır. Aktrisaya vurğun olan Konçalovski onun ardınca Norveçə gedir. Rejissorun hər hansısa iş təklifi edəcəyini gözləyən aktrisa onunla görüşüb işlədiyi teatrın kafesində nahar edir. Lakin Liv biləndə ki, Konçalovski ancaq onu görmək üçün Norveçə gəlib bundan xeyli mütəəssir olur. Liv rejissoru evinə qonaq dəvət edir. Onlar gecə səhərə qədər şərab içib söhbətləşirlər.

Aktrisa sonuncu dəfə 2013-cü ildə Georq Massın “İki həyat” filminə şəkilib. Liv Ulman hal-hazırda yetmiş yeddi yaşındadı. O, qızı və nəvələri ilə birgə Norveçdə yaşayır.

Tərcümə: Samirə Əşrəf

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?