sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Shorts” Beynəlxalq Kino festivalında Azərbaycanlı rejissorun filmi

20/11/2020 - 00:26
A A
Facebookda paylaş

Rusiyanın Tula şəhərində keçirilən XI “Shorts” Beynəlxalq Kino festivalında Azərbaycanlı rejissorun “Yada sal məni” qısametrajlı filmi nümayiş olunacaq.

Filmdə Əməkdar artist Elşən Rüstəmov, Nuridə Musabəyli və Nigar Qasımova çəkilib.

Filmin rejissoru Masər Həsənov deyib: “Dekabr mənim üçün hərarətli olacaq. Rusiya ilə yanaşı İngiltərə, ABŞ və Azərbaycanda filmim nümayiş olunacaq”

Film həyat yoldaşını itirəndən sonra özünə qapanmış tənha insanı diqqət mərkəzinə gətirir. Bir gün gecəyarısı onun qapısını balaca bir qız döyür. Filmin qəhrəmanı onun içəri daxil olmasına bir şərtlə icazə verir – yağış bitən kimi çıxıb getməlidir. Kişi xəbərsizdir ki, qapını döyən qonaq özü də kimsəsizdir və getməyə yeri yoxdur…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirən Masər Həsənov magistr pilləsində Xalq artisti Eldar Quliyevin kursunda təhsil alıb. O, fiziki məhdudiyyəti olmasına baxmayaraq, müxtəlif layihələrdə fəallığı ilə seçilir, sənədli və bədii filmlərin, sosial çarxların müəllifidir. Gənc rejissorun “Dejavü” filmi Türkiyə, Rusiya və Rumıniyada festivallarda iştirak edib, “Sevgi naminə” qısametrajlı bədii filmi IX Beynəlxalq Müstəqil Müəllif Filmləri İnternet Festivalının mükafatını qazanıb.

O, həmçinin 2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Rasim Ocaqov adına təqaüdünə layiq görülüb. 2019-cu ildə gənclər üçün Prezident mükafatçısı olub.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az