sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: “Siz insanları böyük görməkçün…” – Cavanşir Yusifli
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > poeziya > “Siz insanları böyük görməkçün…” – Cavanşir Yusifli

“Siz insanları böyük görməkçün…” – Cavanşir Yusifli

Published 01/05/2020
Paylaş

Bu gün Məsiağa Məhəmmədinin ad günüdür. Çox sevdiyin adama sevgini sözlə ifadə etmək çətindir. Bunu şairlər bacarır. Təsadüfən əlimə bir mətn keçdi, XII əsrdə yaşamış bir şairin bizə gəlib çatan və eyni insana həsr edilən yeganə şeiri. Bu şeir həmin əsrdəcə ingilis dilində də yaranıb. Bir şeirin, mətnin eyni biçimdə müxtəlif dillərdə doğulması dünyanın o işlərindəndir ki, dünyada təsadüf deyilən şey yoxdu: həqiqəti bilən, tanıyan adam fərqlidir. Əsrindən asılı olmayaraq…

*

Siz insanları dəqiq görməkçün yox,
böyük görməkçün – böyütməkçün eynək taxırsız,
mən sizin gözlərinizi anlayıram.

Şərq əyninə Bağdad libası geyinib,
bombalar ölür uşaq cəsədlərində.
Mən sizin Şərqinizi anlayıram.

Ömrünüzün yarısını yaşamamış əllərim əsir,
görünür, mənim əllərimi anlayan olmadı.
indi bu titrək əllərlə divi buraxıb,
nəfsimi salmışam şüşəyə,
qanım gülaba dönür canımda.

Buynuzsuz qoçun heyfi
qalmadı buynuzlu qoçda, –
sonda tale oldu hər şey.

Yazılanlar soyutdu ürəkləri,
ona görə kağızda susdu sözlər,
mənsə saitlərlə samitləri ayrı salmamaqçün yazdım.

Yaş artıqca insan dünyaya qaytarır aldıqlarını,
bal yeyəndə unuduruq arı vızıltısını.
“İnsan nankordu”, deyir Kitab.

Siz ömrü süzüb bir əlli vurduz,
vicdan şüşəniz azalmadı amma,
mən bu doğruluğu anlayıram.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?