sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Şölət Zeynalov – İnsan dəyişməlidir!

28/04/2020 - 23:05
A A
Facebookda paylaş

Köhnə dünyaya qayıtmaq nonsesdir

Azadlıq özünüdərkdən başlanır. Alman filosofu Hegel deyirdi:  “Azadlıq dərk edilmiş zərurətdir”. Müqəddəs kitabımızda İnsan “faili muxtar” kimi göstərilir. Lakin bu azadlıq başqalarına, ətraf mühitə müharibə şəraitində elan edilmir, əksinə harmoniyada tövsiyə olunur!

Karantin nə deməkdir? Demək olar ki, əksəriyyətimiz bu barədə az-çox bilirik, məsələ hər hansı bir təhlükəsizliyin aydınlaşmasından, təcriddən gedir. Ən son həddi 40 gün kimi qəbul edilsə də, pandemiya şəraitində uzana bilir.  Deyilənə görə, İtaliyan mənşəli söz və tədbirdir. (Bununla razılaşmayanlar da kifayət qədərdir). Əlbəttə, məqsədim  burada  karantinin mahiyyətini ifadə etmək deyil.

 

Əziz dostlar, diqqətinizi bir şeyə çəkmək istəyirəm: insan azadlığı ən yüksək meyar kimi qəbul edir. Hərgah bu da mübahisəlidir.   İnsanın özü isə demək olar ki, Yer üzündə digər canlıların yaşamasını, azadlığını, təbii yaşam hüququnu məhdudlaşdırmağa, onları yeri gəldi-gəlmədi ram etməyə çalışır. Ən bəsit və sadə bir misal: Zooparklarda, şəxsi dar qəfəslərdə və s. nə qədər quşların,  heyvanların azadlığını biz məhdudlaşdırırıq. Bütün bu irtica, qəddarlıq, zorakılıq və s. adını isə zövq və həzz almaq qoyuruq;  guya “mədəniyyət” naminə  edirik.

Bax, bir aylıq özünütəcridə əməl edə bilmirik, darıxırıq, əziyyət çəkirik, nəyinsə itdiyini, nəyinsə olmadığını düşünürük, anlayırıq ki, düzənimiz pozulub, etiraz edirik, hətta bizim qayğımıza qalanlara belə etiraz edirik və s.

Amma anlamırıq ki, insan nəsli son 3-5 min ildə Yer kürəsində elə “karantin” qaydaları, elə təcrid düşərgələri, ölüm zonaları, gettolar yaradıb ki, bu milyon illər ərzində  heç zaman olmamışdır.

Məsələ bundadır ki, canlılara, ağaclara, bir sözlə ətraf mühitə vurduğumuz bəlalar  indi dolayısı ilə özümüzə qayıdır.  Yaratdığımız mədəniyyətə  –  hərbə, iqtisadiyyata, münasibətlər sisteminə, istehsal vasitələrinə baxın  – hər şey zor üzərində qurulub, biz sivilizasiya qurmaq yolunda elə işlər gördük ki, sonucda milyon illər ərzində insanın, başqa canlıların təbi mövcudluq hüququnu əlindən aldıq… Ağır da olsa, faktdır.

İndi KİV-lər az qala hər gün problemin bitməsini  şərh edir, köhnə dünyaya, günlərə qayıtmağı arzulayır. Təbiidir, insan ruhu daima yaxşı bildiyinə, müqəddəs hesab etdiklərinə can atır. Ancaq tarix sübut edir ki, yaxşı kimi təqdim etdiklərimiz bir zaman gəlir ki, insanların həyatına məşəqqətlər də gətirir.

Müasir dünyadan – postpandemiya dövründən söhbət gedərkən, biz hələ də anlamırıq ki, köhnə dünyadan bizə  barmaqla sayılacaq hörmətəlayiq, yalnız ən az sayda vərdişlər, ənənələr, humanizm və yaradıcılıq xüsusiyyətləri keçə bilər; inanın ki, yerdə qalanlar  sadəcə tarixi yanlışlıqlar, mutasiyaya uğramış əgər belə demək mümkünsə “radiaktiv” tullantılardır. Fəqət büt sevgimiz, yalançı əzmimiz, doymaq bilməyən div nəfsimiz, şeytani vərdişlərimiz buna imkan vermir.

Sevgi, humanizm dünyamızın bətnindədir, onun bəşəri azadlığa çıxması üçün  sadəcə ruhumuzu oyatmalı, ideyalarımızda mövcud olan humanist və yaradıcı İNSANI oyatmalıyıq.   Nəsimini, Nitsşeni,  Tolstoyu, Haydeggeri və b. xatırlayaq, onlar nə istəyirdi?

Vaxtilə rus filosofu N. Berdyayev deyirdi ki, “günah hissi azad insana məxsus hisdir”. Bu hisdən məhrum olmaq bəşəri faciələri davam etdirmək olardı. Gəlin, özümüzə dur deməyi bacaraq, insanımızı, dünyamızı, sivilizasiyamızı yaşadaq!

  1. S. Dünya dəyişməlidir! İnsan dəyişməlidir! Hər şey dəyişməlidir. Bu dəyişmələri fəlsəfənin koordinasiyası ilə elm, siyasət, ədəbiyyat,  din, iqtisadiyyat, və s. həyata keçirə bilər.
sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az