sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: “Soyuq Günəş”in Yarqunatından yeni xəbər – Foto
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > “Soyuq Günəş”in Yarqunatından yeni xəbər – Foto

“Soyuq Günəş”in Yarqunatından yeni xəbər – Foto

Published 28/10/2021
Paylaş

“Soyuq Günəş” filminin baş qəhrəmanlarından olan “Yarqunat” bu dəfə tamaşada rol alıb.

Sim-sim.az millitribuna.az saytına istinadən xəbər verir ki, “YouTube” platformasına yerləşdiriləndən qısa müddət sonra 4 milyon baxış sayını ötən “Soyuq Günəş” filminin baş obrazı “Yarqunat”ı canlandıran İranə Kərimova bu dəfə özünü teatr səhnəsində sınayacaq. Belə ki, aktrisa İranə Kərimova yeni yaradılan “SƏHNƏ”  teatrının  “Bir dəfə Qarabağda” adlı tamaşasında əsas rol ifaçısı olacaq. O, tamaşada Şərəfnisə obrazını canlandıracaq.

İranə Kərimova saytımıza açıqlamasında tamaşanın gözləntiləri doğruldacağına inandığını bildirib:

“”Bir dəfə Qarabağda” tamaşasında oynayacam. Zənnimcə, çox gözəl tamaşadır. Etno-muzikl janrında olan tamaşada izləyicilərin  canlı ifalardan zövq alacağına,  vaxtlarının əyləncəli keçəcəyinə və doyunca güləcəklərinə şübhə etmirəm. Tamaşanın ideyasını isə gizli saxlayıram. (red: gülür). Ona görə də hər kəsi bu tamaşanı izləməyə dəvət edirəm. Tamaşanı izləmək istəyən şəxslər biletləri İticket.az saytından və şəhərin bütün kassalarından əldə edə bilərlər”.

Qeyd edək ki, “Bir dəfə Qarabağda” tamaşası dahi dramaturq Mirzə Fətəli Axundovun məşhur “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” pyesi əsasında Azərbaycanda ilk dəfə olaraq etno – müzikl janrında hazırlanıb. Tamaşa 30 oktyabr saat 19:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində tamaşaçılara təqdim olunacaq. Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi Sahil metrosu ilə üzbəüz, Rəşid Behbudov küçəsi 3 ünvanında yerləşir.

Gülşən Ali Qurban

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?