sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Sumqayıtda Milli Kitab Sərgisi keçiriləcək

20/10/2021 - 13:45
A A
Facebookda paylaş

4-6 noyabr tarixlərində Sumqayıtın “Kimyaçı” Mədəniyyət Sarayında (“Kimyaçılar” Sarayı) Milli Kitab Satış-Sərgisi keçiriləcək.

Bu barədə sim-sim.aza tədbirin təşkilatçısı, Qanun Nəşrlər Evinin rəhbəri, naşir Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, müstəqil nəşriyyatların iştirak edəcəyi satış-sərgi ümumiyyətlə incəsənət və ədəbiyyat şöləninə çevriləcək.

İmza günləri, müxtəlif panellər və görüşlərin nəzərdə tutulduğu sərgidə rəssamlar öz əl işlərinin də satışını təşkil edə biləcəklər. Ayrı-ayrı müəlliflər öz kitablarının satışını və təqdimatını keçirə bilərlər. Xatırladaq ki, bu, 1-10 oktyabr tarixlərində Əl Oyunları Sarayında keçirilən sərgidən sonra müstəqil nəşriyyatların təşkil etdiyi ikinci kitab sərgisidir.

Milli Kitab Satış-Sərgisinin Azərbaycanın başqa bölgələrində də keçirilməsi nəzərdə tutulur.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az