sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Tanınmış rusiyalı aktyor Leonid Kuravlyov vəfat edib
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Tanınmış rusiyalı aktyor Leonid Kuravlyov vəfat edib

Tanınmış rusiyalı aktyor Leonid Kuravlyov vəfat edib

Published 31/01/2022
Paylaş

Rusiyanın Xalq artisti, bir sıra filmlərdən Azərbaycan tamaşaçısına da yaxşı tanış olan Leonid Kuravlyov 86 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyi RF Kinematoqrafçılar İttifaqına istinadla məlumat yayıb.

Aktyor bir müddət əvvəl ağciyər sətəlcəmi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun COVID-19 virusuna yoluxmadığını bildirmişdilər.

Leonid Kuravlyov yaradıcılığı dövründə 200-dən çox rol ifa edib. Ən məşhur personajlarından biri Georgi Daneliyanın “Afonya” (1975) filmindəki çilingər Afanasi Borşov obrazıdır. Bu kino əsəri həmin ildə sovet prokatının lideri olmuşdu: ona 62 milyon tamaşaçı baxmışdı.

2015-ci ilədək kinoda çəkilməyə davam edən Kuravlyov, həmçinin “İvan Vasilyeviç peşəsini dəyişir”, “Görüş yerini dəyişmək olmaz” və digər filmlərdəki rolları ilə tanınır.

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?