4 oktyabrda 2021-ci ilin Tibb və fiziologiya üzrə Nobel mükafatı təqdim edilib.
Mükafata ABŞ alimi Deyvid Culiyus və Livanda doğulan Ardem Pataputiyan “temperatur və təmas reseptorlarının kəşfi ilə bağlı araşdırmalarına görə” layiq görülüblər.
Nobel komitəsinin açıqlamasında deyilir ki, iki elm adamı təbiətin ən böyük sirrlərindən birini çözüblər. Belə ki, onlar PİEZ01 və PİEZ02 adlı toxunma reseptorları ilə TRPV1 adlı istilik reseptorlarını kəşf ediblər.
Təqdimat mərasimindəki deyilib: “Bu kəşf sayəsində istinin, soyuğunun və mexaniki gücün sinir sistemimizə necə təsir etdiyini, ətraf aləmə necə uyğunlaşdığımızı anlamaq imkanı tapdıq. Bu kəşf xroniki ağrılar da daxil olmaqla, xeyli xəstəliyin müalicəsində faydalıdır.”