“Türkologiya” jurnalının növbəti seminarı “Türkologiya” jurnalının nəzdində “Azərbaycan türkologiyasının Bayraqdarı – Fərhad Zeynalov” adlı seminar keçiriləcək. Seminar 25 iyun 2019-cu il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaq. Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalı elmi seminarlar silsiləsini davam etdirir. Budəfəki seminar görkəmli türkoloq Fərhad Zeynalovun anadan olmasının 90 illiyinə həsr olunacaq. Seminar “Türkologiya” jurnalının baş redaktoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın moderatorluğu ilə keçiriləcəkdir. Qeyd edək ki, jurnalın nəzdində seminarlar ildə bir neçə dəfə jurnalın redaksiyasında keçirilir. Seminarda müxtəlif elm sahələrinin nümayəndələrini maraqlandıran elmi-praktik problemlər, ölkəmizdə və dünyada aparılan türkoloji tədqiqatlar müzakirə edilir. Yer: AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 301-ci otaq Tarix: 25 iyun 2019-cu il, saat: 11:00