sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Ülvi dedi ki, bu jurnalı mənə Kamal Abdulla verdi və biz dost olduq…”

25/09/2021 - 00:55
A A
Facebookda paylaş
“Ülvi dedi ki, bu jurnalı mənə Kamal Abdulla verdi və biz dost olduq...”

 

“Hər il Ülvinin doğum günü müxtəlif universitetlərdə keçirilir. Tələbəsi olduğu Azərbaycan Dillər Universitetində də Ülvini andıqları üçün təşəkkürümü bildirirəm. Dünən Şəhidlər Xiyabanına Ülvinin məzarını ziyarətə gedəndə gördüm ki, orda xeyli sayda gənclər var idi, onlar Vətən müharibəsində iştirak edən qazilərimiz idi”

Bunu Moderator.az-a açıqlamasında Qanlı 20 Yanvar hadisəsində şəhid olan Ülvi Bünyadzadənin bibisi Almaz Binnatova deyib. O, Ülvinin Kamal Abdullayla bağlı xatirələrini bizimlə bölüşüb:

“Ülvi Azərbaycan Dillər Universitetinin tələbəsi olub. Orda bir il oxudu, daha sonra əsgər getdi. Əsgərlikdən qayıdıb yenidən təhsilinə davam etdi və dörd ay sonra şəhid oldu. Universitetin rektoru, Xalq yazıçımız Kamal müəllim (Kamal Abdulla) Ülviyə birinci kursda dərs deyib, onu çox istəyirdi. Ülvi bir dəfə evə gələndə özüylə jurnal gətirmişdi və dedi ki, “bu jurnalı mənə Kamal müəllim verdi və biz dost olduq”. O jurnalda Kamal müəllimin məqaləsi var idi. Ülvi əsgərlikdə olanda mən ona həmişə Azərbaycanda çıxan bütün qəzetləri, o cümlədən də “Ədəbiyyat qəzeti”ni göndərirdim. Çünki onda qəzetdə müxbir işləyirdim. Məktublarının birində Ülvi yazdı ki, “göndərdiyin qəzetlərin içində Kamal Abdullanın Dədə Qorqudla bağlı yazısını oxudum, tamamilə yeni fikirlər var orda. Çox maraqlıdır, oxumağa dəyər. Elə bilirəm ki, bu müasir dövrümüzdə Dədə Qorqudla bağlı yazılan ən mükəmməl yazıdır”.

Ülvinin Kamal Abdullayla söhbəti burdan başlayırdı. Bilmirəm bunları Kamal müəllim yadında saxlayıb ya yox. O vaxt Ülvi birinci kursda oxuyanda gəlib dedi ki, “Kamal müəllim deyir ki, bizim çox zəngin kitabxanamız var, gəl bizdə qal mütaliə elə”. Bizim də evdə kitabxanamız var idi. Müəllimlərimiz həmişə çalışqan tələbəni çox istəyir. Ülvi daha çox M.F.Axundov kitabxanasına gedirdi”.

Qeyd edək ki, dünən Ülvi Bünyadzadənin doğum günü münasibətilə tələbəsi olduğu Azərbaycan Dillər Universitetində anım tədbiri keçirilib.

 

Vasif Əlihüseyn

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az