Mənə qanad lazımdır
Əllərini götürüb pasajın üstünə çıxıram.
Hamı deyir, dəli olub.
Bilmirlər ki, şairlər həqiqətən uçmağı bilirlər
Margaret kimi
Füzuli kimi
Saçların təhər.
Bütün binalar darıxanları ayırmaq üçün olsa
Bə kim nərdivana çıxıb
tez-tez quşların yerini dəyişir?
Parazit düşür
Quşsuz quşbazların göylünə qonan darıxmalarına.
Hansı müharibə başlananda
Ağdam rayonunda ağ şeiri, damın üstündən yerə atdılar?
Hamı ağlaşdı!
Mən qaralandım!
Biz bütün müharibələrin sol tərəfi idik
Amma bütün müharibələr bizdən sağ qayıtdı.
Özün görürsən ki, ağaclar uzaq yoldan gələndə
Dünya dayanır
Avtobus yarı yolda, bütün müsafirlərini endirir
Və sən hiss edirsən ki ayaqların yerimir
Ağaclar uzaq yoldan gələndə.
Kim azadlıq meydanına açılan pəncərəni Götürüb kitabın arasına qoyur
Çıxır küçəyə
Bir siqareti alışdırır
Qayıdanda görür ki, heç azadlıq meydanı – fılan yoxdur,
Heç əslən, bu mənim əllərim deyil.
Əllərini quylasan da əllərimdə
Dodağını quylasan da dodağımda
Bilcəksən ki, qəbirlər təkcə günahları basdırmağa görə deyil,
Həmi güldanlara baharın yalan olduğunu vurğulayır.
Bir gün şah-gölündə şəkil çəkdirən şairlər biləcəklər ki,
Əllərindəki çətirlər
Elə göydə qalmağın ikinci adıdır.
Bir gün göy yerə gəlsə,
Quşlar daha adamlardan qorxmayacaq
Ağaclar yeriyəcək
Və mən yari yoldan qayıdacağam
Bü dünyaya
*****
Plana düşür hər şey
Şəhərin telefon simləri
Səssiz…
Biz
Və bütün şəhər bu otağın planına düşür
Səni susdurmuşdum gedəm
Qapı dalında qaldığım səsdən
İki şeir ayrıldı
İki şəhər
İki xiyaban
İki ev qayıdanda idi xiyaban toqquşdu postmodern ünvanına
Şopen barmaq-barmaq dağıldı yarmalarından.
Heç bilmədim, necə oldu
Uzaqlardan açılan bir səs irmağı necə Arazımın tənhalğında,
Paltarını soydu Sudan və pəncərən üzdü sənə baxmaqdan.
Bilmədim, hansı müharibə planında,
Nazism* barmağında pianoçu* doğulduğu tarixəm?
Tamarzılı evlərin akkordun tutduğu notam ki
Səsin evin yaddaşında qalıb-
Pozulacaq,
Və sənsizliyin karnavalları ilə
Şəhərin boş kabinlərində yarımçıq qalacaq səsim.
Plana düşür hər şey
Heç bilmədim, neçə xiyaban sən bizdə qalmış anılarım oldu?!
Aşiqanələrim oldu?
Neçə küçə
Səndən bir qadın keçdi neroda?!
Bəlkə bütün qapıların dalında sənsən.
Hərdən hiss olunur gəlibsən, fotodasan.
Baxıram qabalaşmışsan, məndə sən.
Plana düşür hər şey
Dünya içimdəki qapılarda bağlı qaldı,
Əlindən tutsaydım
Xiyaban ayrılardı
Otayda sən
Butayda mən
*Nasional Sosializm
*Roman Polanskinin məşhur kino filmi
*****
Kətan şeirlərim biçilir nazik bədəninə
“Bəndi gümüş”
Köynəyinə dağılır barmaqlarım
Dəftərimdən keçən küçələri su alır
Çırmalanır Xan
Arazbaaraz
Təbrizin cildinə girir məşrutə çağım.
Şeir gözlərinə dolub arazı körpüdən aşırmaqdır,
Aşıb-daşmaqdır
Saçın yellərin müqaviləsidir
Suyun şeirini yazanda
Qafqaz qızları yuyunurdular
Türkmən çayında
“Gördüm behal oldum, behal”
Veranda evlərin ayaqlarını yerdən üzür
Günəş müaşiqa toplumuna saçlarını dəvət edir.
Günəş konsertinə gedirəm,
Günəş bədənin
Beytbəbeyt
Azadlıq paltarını geyinir gündüzlər,
Və musa günləri arasından keçirdir pəncərələri.
Bax!
Sudan quru çıxır Yunus
Suya yazılır ins
Major
Minor
“Bəndi gümüş”
Balıqqulağı dənizin pıçıltısıdır tanrıya.
Pəncərələr hardan başlasa baxmağa,
Urmu filaminqoların gözyaşıdır.