sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Vəfalı bir tənhalığım var mənim – Leyla Əliyeva
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > poeziya > Vəfalı bir tənhalığım var mənim – Leyla Əliyeva

Vəfalı bir tənhalığım var mənim – Leyla Əliyeva

Published 14/05/2019
Paylaş

Sim-sim.az Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Yenə də tənhalıq” adlı şeirini Kamal Abdullanın tərcüməsində təqdim edir.

 

Başım üstə göy üzü yenə əriyib itir

Mələklər də gizlənib bir anlığa, bu nə qəm?!

Şadlıq ilə dolu ev-hərdən bu ev özgədir,

Evin eyvanı isə söz verir: mən səninəm.

***

Kölgələrini quşlar tezliklə soyunacaq

Zil qaranlıq gecədə biz görmərik onları.

Dənizlər arxasında, ey dost, mənə acıma

Tənhalığım gəlir ta beşikdən mənə sarı.

***

Bu milçək də hey uçur bircə an yorulmayıb

Oynamağa səbrim yox, alıbdılar səbrimi.

Bəlkə mənim əvvəldən oyun arzum olmayıb

Eynən söz-söhbətlərdən qaçmaq arzusu kimi.

***

Mənimki bu həyatı yazmaqdır olduğu tək

O, gəlməklə getməyim arasında bir ahdır

Öncədən taleyimi duyur sinəmdə ürək

Amma heç kim deməsin gizlin duymaq günahdır.

***

Amma bizdən yuxarı − göylərin min bir qatı

Ölçülən, ölçülməyən mövcuddur, haqlıdır.

Zamansızlıq içində sorma məndən saatı

Yəni, “saat neçədi?” bu qədər maraqlıdır?!

***

Bizə göylərdən gəlib öncəgörlük qisməti

Bax, yenə baş-başayıq – mən və tale vətənim.

Bilirəm, məni heç kəs, unutmasa da qəti

Yenə də vəfalı bir tənhalığım var mənim.

РесурсFacebookWhatsAppTwittergoogle_plusTelegramVK

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?