sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

“Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı çap olunub

04/09/2021 - 14:03
A A
Facebookda paylaş

 

Vətən müharibəsinin başlamasının bir illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.

AZƏRTAC xəbər verir ki, kitab “Qalib Azərbaycanın qalib ədəbiyyatı” paradiqmasının konseptual əsaslandırılmasından ibarətdir. Müəllif ilk dəfə olaraq Vətən müharibəsinin ədəbiyyatda milli özünüdərketmə prosesini necə təsirləndirdiyini və onda hansı keyfiyyət dəyişikliyi yaratdığını araşdırır, Azərbaycanda dövlət və mədəniyyət quruculuğunun qarşılıqlı stimullaşma təkamülünü izləyir, öz siyasi tarixindən ayrılmaz olan bir ədəbiyyatın estetik mahiyyətini açır. O, həmçinin müstəqil dövlətimizin təşəkkülünə gətirib çıxaran siyasi, mədəni, əxlaqi və ədəbi dünyagörüşünün formalaşmasını izləyir, Birinci və İkinci Qarabağ müharibələri dövründə yaradılan ədəbiyyatın – “ədəbi-bədii salnamənin birinci və ikinci qatı” – örnəklərini araşdırır. Müharibənin başladığı vaxtdan indiyədək bilavasitə bədii ədəbiyyatın və ümumən ədəbi-humanitar mədəniyyətimizin son bir ildə əldə etdiklərini ümumiləşdirərək müəllif bu nəticəyə gəlir ki, Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti qarşısında böyük perspektivlər açılır.

Rahid Ulusel doğru olaraq göstərir ki, “Ədəbiyyatın Şuşa zirvəsini fəth etmək” – bu gün bizim yaradıcı düşüncəmizin görküdür.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri akademik Nizami Cəfərovdur.

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az