sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Xalq artisti Azər Paşa Nemətova həsr olunan kitab-albom çap olunub
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Xalq artisti Azər Paşa Nemətova həsr olunan kitab-albom çap olunub

Xalq artisti Azər Paşa Nemətova həsr olunan kitab-albom çap olunub

Published 02/09/2022
Paylaş

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun 75 illik yubileyinə həsr olunan kitab-albom çap olunub. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən yeni nəşr Azər Paşa Nemətovun atası, məşhur teatr rejissoru Zəfər Nemətovun həyat yoluna işıq salmaqla başlayır. Kitab-albom daha sonra “Uşaqlıq və gənclik illəri”, “Portretlər”, “Tamaşalardan fraqmentlər”, “Sənət, həyat, düşüncələr…” bölmələri ilə davam edir.

Nəşrdə Azər Paşa Nemətovun Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Leninqrad Gənc Tamaşaçılar Teatrında, Arxangelsk Dövlət Dram Teatrında, Tallin Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalardan, eyni zamanda görkəmli rejissorun yaradıcı səfərlər zamanı lentə alınan fotolar öz əksini tapıb.

Kitab-albomda Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Dövlət Teatr Muzeyinin, Akademik Milli Dram Teatrının muzeyinin, o cümlədən, Azər Paşa Nemətovun şəxsi arxivindən istifadə olunub.

Yeni nəşrin tərtibçisi Cavid Zeynallı, rus və ingilis dillərinə tərcümə edəni Ayna Zərbəliyeva, redaktoru Aida Qafarova, bədii tərtibatçısı Aqil Əmrahovdur.

Kitab “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb. 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?