sim-sim
No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
sim-sim

Xalq yazıçısı Kamal Abdulla: “Onun şeirləri, nəğmələri əbədi olacaq…”

05/05/2021 - 20:14
A A
Facebookda paylaş

 

 

Xalq şairi Fikrət Qocanın vəfat xəbərini böyük kədərlə qarşıladım. Fikrət Qoca orijinal yaradıcılığı olan gözəl şair kimi hər zaman sevilib və dəyərləndirilib.

İlk yaradıcılığa başladığı vaxtdan ömrünün son günlərinə qədər Fikrət müəllimin poeziyasına son dərəcə böyük maraq, diqqət olub və əlbəttə, oxucularla bərabər dövlətimiz də onun xidmətlərini yüksək dəyərləndirib.

Fikrət müəllimin imzası Azərbaycan musiqisinə bir-birindən gözəl nəğmələr qazandırıb. Şəfiqə Axundovanın, Emin Sabitoğlunun, Tofiq Quliyevin, Ramiz Mirişlinin, Oqtay Kazıminin və başqa bəstəkarlarımızın onun şeirlərinə bəstələdiyi mahnılar Azərbaycanın musiqisinin qızıl fondunda saxlanılır, bu gün də dillər əzbəridir.

Fikrət Qoca gözəl orijinal şair olmaqla bərabər, həm də təvazökar insan idi. Onunla ünsiyyətdə olanlar Fikrət müəllimin bu keyfiyyətini hər zaman xüsusi qeyd ediblər.

Fikrət Qocanın haqq dünyasına qovuşması Azərbaycan ədəbiyyatı üçün, bizim poeziyamız üçün böyük itkidir. Cismən bizim aramızda olmasa da, onun şeirləri, nəğmələri əbədi olacaq.

Ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

Fikrət Qocanın işıqlı xatirəsi qəlbimizdə həmişə yaşayacaq!

sim-sim

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.


Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

© sim-sim.az

No Result
Bütün nəticələr
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70

© sim-sim.az